Koronovirusun vaksini bir ilə hazır olacaq – RƏSMİ

22.07.2020 - 23:51

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə vəziyyətlər üzrə proqram direktoru Maykl Rayan insanların 2021-ci ilin əvvəlindən tez olmayaraq koronavirusa qarşı vaksini almağa başlayacaqlarını bildirib. Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.
Rayanın sözlərinə görə, COVID-19-a qarşı vaksinin hazırlanmasında irəliləyişə baxmayaraq, onun alınmasının müddəti ilə bağlı realist olmaq lazımdır. “Real ssenari ilə insanlar vaksini növbəti ilin birinci yarısından tez olmayaraq almağa başlayacaqlar”, – Rayan “Twitter”də yayımlanan çıxışının gedişatında deyib.
O, həmçinin qeyd edib ki, ÜST vaksinin hamı üçün əlçatan olmasının təminatı üzərində işləyir. “Bu pandemiyadan vaksinlər zənginlər, kasıblar üçün deyil, onlar hamı üçündür”, – Rayan əlavə edib. Xatırladaq ki, koronavirus infeksiyası ilk dəfə ötən ilin sonlarında Çinin Uhan şəhərində yayılıb. Dünyada 15 milyondan çox insan bu virusun daşıyıcısı kimi qeydə alınıb. Bununla yanaşı, 622,5 mindən çox insan virusdan ölüb.

Short URL: http://www.cumhuriyyet.net/?p=150674

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31