Azərbaycanda misli görünməmiş rüşvət sistemi

09.01.2015 - 01:25

Azərbaycana yük gətirən sürücülər Cumhuriyyet.az-a
necə soyulduqlarından danışdılar

Azərbaycana
çeşidli mallar gətirən В«tıraylerВ» sürücülərindən qeyri-rəsmi formada pul
alındığı, onların incidildiyinə dair cəmiyyət arasında söz-söhbətlər gəzsə də,
bu haqda mətbuatda yazılmayıb. Neçə vaxt idi ki, İrandan Azərbaycana çeşidli
mallar gətirən sürücülərin ciddi narazılığı haqqında fikirlər səslənirdi. Əslən
Azərbaycan türkü olan bir qrup iranlı sürücü cumhuriyyet.az-a üz tutaraq
Azərbaycanda rastlaşdıqları problemlər haqqında danışdılar. Onların danışdıqları zaman məlum olur ki,
yalnız İran-Azərbaycan sərhəd keçid məntəqəsindən ölkəmizə daxil olan yük
maşınlarının sürücülərindən qeyri-qanuni olaraq pul alınır. Gündə İrandan Azərbaycana
yüz yük maşının keçdiyini nəzərə alsaq yalnız gömürükdə kimlərsə bundan 10-15
min manta bəhrə görürlər. Onu da bildirək ki, bu hal təkcə iranlı sürücülərlə
bağlı deyil. Elə Türkiyədən gələn В«tırВ» sürücüləri də bu hallardan ciddi
narazıdırlar. Səbəb sadədir- bu zəhmətkeş insanlardan haqsız yerə pul alınır,
özü də rüşvət formasında.

Sürücülər
həm yollarda daha da sərt incidilə biləcəyi, həm də səfirliklə bu məsələni
razılaşdırmadıqları səbəbindən adlarının çəkilməsini istəmədilər. Amma İrandan
ölkəmizə gələrkən yol boyu üzləşdikləri problemləri bir-bir nəql etdilər. Bu
məsələnin ilk dəfə mətbuatda işıqlandırılğını nəzərə alaraq bizlər də,
fərdlərin adlarını deyil, baş verən bu prosesin mahiyyətinə diqqət çəkmək
qərarına gəldik. Beləliklə də sürücülərin adlarını çəkməmək şərti ilə baş
verənləri oxucularımızın diqqətinə çatdırmaq qərarına gəldik.

1850 kilometr yol gəlirik, amma heç kimə 1
manat vermirik

Xatırladaq
ki, iranlı sürücülər Azərbaycana əsasən Çindən və digər ölkələrdən alınan
malları çatdırırlar. Bu məqsədlə onlar İranın Bəndərabbas limanından yükləri
götürərək Azərbaycanın müxtəlif rayonlarına, eləcə də paytaxt Bakıya
gətirirlər. İranlı sürücülərin danışığından belə aydın olur ki, onlar
Bəndərabbas dəniz limanından Astara keçid məntəqəsinə olan 1850 kilometr yolu
4-5 günə gəlirlər və bu zaman heç bir quruma bir manta belə ödəmirlər. Ancaq
İran Astarasından Azərbaycan Astarasına keçmək istəyərkən müxtəlif problemlərlə
qarşılaşırlar və bu zaman onlardan açıq formada pul tələb edilir.

Azərbaycan gömürüyündə bizdən qanunsuz olaraq
135 manat alırlar…

İranlı
sürücü deyir ki, onların əsas problemi elə Azərbaycanın Astara gömürüyünə daxil olarkən başlayır: В«İran
gömürüyünə 1 qəpik vermədiyimiz halda, bu tərəfdə bizdən 250-300 manat pul
alırlar. Pulumuz da Bakıya gəlib çatana qədər qurtarır. Məsələn, pasportu
möhürləməyə təqdim edəndə bizdən buna görə, 12 manat pul alırlar, ancaq qəbz
vermirlər. Ancaq pasportlara baxan, möhür vuran gömürükçülər deyil,
hərbçilərdir.В» Xatırladaq ki, sərhəd keçid məntəqələrində giriş-çıxışı Dövlət
Sərhəd Xidməti nəzarət edir.

İranlı
sürücü daha sonra bildirir gömrükdə onların hər birindən 110 manat pul alırlar
və bu zaman da onlardan pul aldıqlarına görə, hər hansı bir rəsmi sənəd
vermirlər: В«Əlbəttə ki, bu pulun gətirdiyimiz malla bir bağlılığı yoxdur. Çünki
yükün pulunu biz deyil, onun sahibləri ödəyir. Biz ancaq malı istədikləri yerə çatdırırıq.
Sürücülərə viza tələb olunmur. Odur ki, bu 110 manatı nəyə görə, bizdən
aldıqlarını özümüz də bilmirik. Bundan savayı, gömürükdə hələ bizdən 4 manat
park pulu (avtomabilin В«durduğuВ» üçün alınan pul) alırlar. Ancaq biz
avtomabilimizi hansısa avto-parkda deyil, yolun kənarında saxlayırıqВ».

Astara polis hər maşından 10 manat alır

İranlı
sürücünün gömürükdə pul ödəyib qəbz aldıqdan sonra, malı ünvana çatdırmaq üçün
Bakıya tərəf istiqamət götürürlər: В«Ancaq gömürükdən aralandıqdan az sonra
yolun kənarında olan polis avtomabillərimizi saxlayır və hər birimizdən on manat
alır. Ancaq bu pulu yük maşınlarından alır. Bu ancaq Astarada, gömürüyün
yanında baş verirВ».

Telman postunda 40-150 manatlıq bazarlaşma

Sürücünün
sözlərindən o da məlum olur ki, yük avtomabili Astaradan Lənkərana tərəf 35
kilometr gəldikdə Telman deyilən postda onları saxlayırlar: В«Burada bizdən
40-150 manat arasında pul istəyirlər. Yəni polis məmuru deyir ki, 150 manat
verməlisiniz. Bizdə deyirik ki, bu qədər pulumuz yoxdur. Beləliklə də müəyyən
qarşıdurmadan, bazarlaşmadan sonra anlaşma əldə edilir. Əgər Bakıya təzə gələn
sürücülər burada 100-150 manat pul ödəyirlərsə, köhnə sürücülər 50 manatdan
artıq pul vermirlər. Çünki bilirik ki, bu pul heç bir əsas olmadan alınır və
dövlət xəzinəsinə getmir… Mən bu səfər Telman postunda 40 manat verdim, amma
digər sürücü yoldaşımdan 150 manat alıblar. Ancaq burada da bizə qəbz
vermirlər. Deyirlər ki, ağa bizə belə göstəriş veriblər. Pul verməkdən imtina
etdikdə isə deyirlər ki, avtomabilinizi burada saxlayın. Beləliklə də pul
verməyəndə işindən olursan. Bizdə nəzərə alırıq ki, 15 gün müddətində malı
çatdırıb geri qayıtmalıyıqВ».

Növbəti dayanacaq yeri Salyanda tərəzi
postudur: SAXLAYIN!

İranlı
sürücülər deyirlər ki, Telman postundan keçdikdən sonra onları bir də təzə dörd
yol deyilən ərazidə, tərəzi olan postda saxlayırlar. Onlar özlərini gömürükçü
kimi təqdim edirlər. Bu zaman heç avtomabilimizi və onda olan yükü də tərəzi
ilə çəkmirlər. Sürücünün özündən asılı olaraq 10-25 manat arasında pul alırlar.

Başqa bir
sürücü isə deyir ki, 10-25 manatı ancaq o sürücüdən alırlar ki, onun yükü
sənəddə olduğu qədərdir: В«Məsələn, əgər yüküm 21 ton olmalıdırsa və mən bundan
artıq yük gətirirəmsə, burada 50 manat tələb edirlər. Mən də deyirəm ki, cənab
məmur yükümün çox olması səbəbindən Astara gömürüyünə 50 dollar cərimə vermişəm
və bu da onun sənədidir. Ancaq bu zaman deyirlər ki, bu cərimənin onlara dəxli
yoxdur və yenidən cərimə ödəməlisiniz. Burada da verilən pula qəbz vermirlər.
Əgər gömürük bir qurumdursa, qanun birdirsə bizdən niyə iki dəfə pul alırlar?В»

Qaradağ postunda da deyirlər ki, sənin yükün niyə
В«belədirВ»

Sürücülərin
Azərbaycan məmurları ilə növbəti bazarlığı Qaradağ postunda baş verir. Bu zaman
müxtəlif bəhanələr gətirirlər və yenə də sürücüdən asılı olaraq 30, 40 və ya 50
manat pul alırlar. Deyirsən ki, niyə verməliyəm? Bu zaman bildirilir ki,
avtomabilinizi saxlayın və şəhərə daxil olmayın. Bu zaman yenə də məcbur olub
pul ödəməli olursan. Çünki əsassız olaraq burada qala bilərsən.

Geri qayıdanda ağzımızı, əlimizi və hətta
başımızı iyləyirlər

Ərdəbildən
olan В«tırВ» sürücüsü deyir ki, onlar malı boşaldıb yenidən Bəndərabbasa qayıdan
zaman da Qaradağdakı postda saxlanılırlar: В«Bu zaman ağzımıza xüsusi aparat
salırlar. Aparatın nə göstərib-göstərmədiyindən asılı olmayaraq deyirlər ki,
niyə dünən içki qəbul etmisiniz? Və ya deyirlər ki, niyə avtomabilin bu
gündədir, hansı səbəbdən əyri durur və s. Bu prosedura o qədər davam edir ki,
sən onlara 20-30 manat ödəyirsən. Düzdür, geri qayıdanda hər dəfə saxlamırlar,
ancaq bu cür hallar mövcuddurВ».

Astara gömürüyünə qədər rahat irəliləyə
bilərsən

Qaradağ
postunu keçdikdən sonra Astaraya qədər rahat irəliləmək mümkündür. Gömürükdə
yenidən 45 manat ödəyib keçirsən İran tərəfə. Ancaq bizim özümüz də bilmirik
ki, bu 45 manat nəyin qarşılığı olaraq alınır və ümumiyyətlə niyə buna görə,
qəbz verilmir. Ərdəbilli sürücü deyir ki, əgər qayıdanda Astaradan keçmək
istəsən, bu zaman 45 manat ödədikdən sonra, daha 12 manat ödəməlisən ki,
pasportuna yenidən möhür vursunlar. Yox əgər, Biləsuvar keçid məntəqəsindən
İrana keçirsənsə, bu zaman 45 manat gömürüyə ödədikdən sonra, 4 manat möhür
pulu ödəyirsən. Eyni zamanda maşına baxış keçirənlərə 5-7 manat ödəməlisən.
Əgər bunları ödəməsən səni o tərəfə buraxmayacaqlar. Bu isə o deməkdir ki, bu
tərəfdə qaldığın hər bir gün üçün 20-30 manat əlavə xərcləyəcəksən. Bu isə heç
kimə sərf eləmir.

Bizdən qanunsuz olaraq bu pulları almasalar,
onu Azərbaycanda xərcləyərik

Başqa bir
sürücü isə söhbətimizə müdaxilə edərək deyir ki, onların Bakıya gəlib qayıtması
hər bir sürücüyə azı 300 manata başa gəlir. Hələ bəzən yolda başqa problemlər
də ortaya çıxır. Biz yükü boşaldandan dərhal sonra geri qayıtmaq haqqında
düşünürük. Çünki burada qalmağımıza əsas olmur. Baxmayaraq ki, yükü bura
gətirib çatdırmağımız və ölkənizdən çıxmağımız üçün bizə 15 gün müddət verilir.
Biz isə 1 həftəyə yükü buraya çatdırırıq. Bu o deməkdir ki, daha bir həftə
sizin ölkənizdə qala və buraları gəzə bilərik. Ancaq iş orasındadır ki, yükü
boşaltdıqdan sonra burada qalmağımız üçün gərək öz cibimizdən pul xərcləyək.
Avtomabil yüklə dolu olduqda yemək və qalmaq pulunu malın sahibi ödəyir. Amma
bizdən əlavə olaraq bu qədər pul almasalar Bakıda bazara gedərik, qohumlarımız
üçün hədiyyələr alarıq və beləliklə kimlərinsə cibinə axan bu pulları müxtəlif
yerlərdə xərcləyib sizlərə də, xeyir vermiş olarıq…

Mən çox ölkələrə mal aparmışam, amma…

Ərdəbildən
olan başqa bir sürücü isə deyir ki, indiyə qədər bir sıra dövlətlərə yük
aparıb, lakin heç vaxt bizdə olan problemlərlə qarşılaşmayıb: В«Mən İraqa,
Gürcüstana, Əfqanıstana, Türkiyəyə, Türkmənistana, Tacikıstana və hətta
Ermənistana yüklər aparmışam. Lakin bu ölkələrin heç birində bu cür
problemlərlə qarşılaşmamışam. Ancaq burada ciddi problemlərlə qarşılaşırıqВ».

Tehrana yetişən kimi deyirəm ki, Bakıdakı
kanalları tutun

Başqa bir
sürücü isə deyir ki, Azərbaycan onların da vətənidir: В«Biz xalqımızdan və
millətimizdən narazı deyilik, inşallah torpaqlarımızı da geri alacağıq. Ancaq
vətəndə bizi bu cür incitmək doğru deyil, çünki bu istər-istəməz bizim də
vətənimizdən incik düşməmizə səbəb olur. Bizim aramızda bəziləri var ki, başqa
ölkələrə yük daşımağa üstünlük verirlər, Azərbaycana gəlmək istəmirlər. Buna
səbəb onların incidilmələridir. Düz 5 ildir ki, Azərbayacana gəlib-gedirəm. Biz
bir millətin nümayəndələriyik. Problemlərimiz də eynidir. Son 3 ildə Bakı
dəyişib, gözəlləşib. Novruz bayramında çoxlu sayda insanlar bura gəlir,
buradakılar isə o tayda olan qohumlarının ziyarətinə gedir. Tehrandakı evimdə
yaşayanda uşaqlara deyirəm ki, Bakıdakı kanalları tutun, özümüzünkülərə
baxaq…

 

Zaur Tahirov, Xüsusi olaraq Cumhuriyyet.az üçün

Short URL: http://www.cumhuriyyet.net/?p=15069

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728