Azərbaycan böyük bahalaşma astanasında
Ökədə kifayət qədər meyvə-tərəvəz, kənd təsərrüfatı məhsullarının ehtiyatı yoxdur; Ekspert ət və süd məhsullarının qiymətində artım proqnozlaşdırır
Ökədə kifayət qədər meyvə-tərəvəz, kənd təsərrüfatı məhsullarının ehtiyatı yoxdur; Ekspert ət və süd məhsullarının qiymətində artım proqnozlaşdırır
Ökədə bahalaşma dalğası barədə verilən proqnozlar yavaş-yavaş özünü
doğruldur. Gündəlik tələbat mallarının qiyməti bir müddətdir ki, qismən
artımla özünü göstərirdi. Yeni ildən başlayaraq əsasən, ərzaq
məhsullarında qiymət artımı müşahidə olunur. Bu bahalaşmanı yeni ilin
gəlişilə süni qiymət artımı kimi xarakterizə etmək olarmı? Qiymətlər artsa da, bu hələlik rəsmən etiraf edilməyib. Belə olan
halda, qiymətlərdə geriyə doğru addım – ucuzlaşma ola bilərmi? Yoxsa bu
artım növbəti aylarda artan xətt üzrə inkişaf edəcək?
Cəmiyyəti narahat edən suallarla bağlı müraciət etdiyimiz kənd
təsərrüfatı sahəsi üzrə mütəxəssis Vahid Məhərrəmov deyir ki, bəzi
məhsulların qiymətində yeni il bayramından sonra nisbətən ucuzlaşma
gözləniləndir. Bu da həmin məhsullardır ki, fermerlər onu uzun müddət
saxlamağa maraqlı deyillər. Yəni onları saxlamaq üçün əlavə xərc çıxır
ki, bu da fermerlərə sərf eləmədiyindən onlar həmin məhsulu nisbətən
ucuz qiymətə satır: “Amma bu o demək deyil ki, məhsulun qiymətində
ucuzlaşma olacaq. Geriyə proses yoxdur. Çünki kifayət qədər
meyvə-tərəvəz, kənd təsərrüfatı məhsullarının ehtiyatı yoxdur. Soyuducu
anbarlarda özümüzü təmin edəcək həcmdə mal-məhsul saxlamalıydıq. Bu, baş
vermədi və prosesi də quraqlıq, məhsulun azlığıyla əlaqələndirdilər”.
Ekspert qeyd edir ki, ciddi problemlərdən biri də heyvandarlıqda yem
çatışmazlığıdır. Bəzi rayonlarda qaba yem ehtiyatı yalnız fevral ayına
qədər qalıb. Ismayıllının Ivanovka kəndində yeganə qalan kolxozun küləş,
qaba yem ehtiyatı təxminən fevralın 15-dək kifayət edəcək. Vəziyyətin
gərgin olduğunu vurğulayan Vahid Məhərrəmov deyir ki, yemin qiymətinin
artımı, yem çatışmazlığı heyvandarlıq məhsullarının qiymətinə təsir
göstərəcək: “Nəticədə ciddi problem yarana bilər. Yemin qiymətinin
artımı nəzərə alınmalıdır, eləcə də fermerlər məcburiyyət qarşısında
qalıb heyvanları kəsimə verə bilər. Bu vəziyyət geniş formada həyata
keçirilərsə, ət və ətin qiymətinə təsir göstərə bilər. Heyvandarlıq
məhsullarından südün qiymətində artım gözlənilir. Həmçinin bir çox
yerlərdə istixana şəraitində yetişdirilən pomidor-xiyarın qiyməti də
dəyişəcək. Əlbəttə, 2015-ci ildə ciddi qiymət artımı gözlənilir.
Gərəkdir ki, buna hazır olaq”.
Short URL: http://www.cumhuriyyet.net/?p=15074