Parisdəki terrorda “Mossad” izi
Fransanın
paytaxtı Parisdə “Charlie Nebdo” satirik jurnalının redaksiyasında
törədilən terror aktı ilə bağlı şok iddia irəli sürülüb. Publika.az-ın
xarici mətbuata istinadən verdiyi məlumata görə, “Free Gaza”
hərəkatının sözçüsü Qreta Berlin Parisdəki terror aktının İsrailin
kəşfiyyat təşkilatı “Mossad” tərəfindən həyata keçirildiyini iddia edib. “Free Gaza” hərəkətinin nümayəndəsi bu barədə özünün “Facebook” səhifəsində bildirib.
“Bu terror aktı “Mossad” təşkilatının bir müddət əvvəl Fələstinlə
Fransa arasında imzalanmış sazişinə cavabıdır. Ümid etmək qalır ki,
fransız polisi terror aktını İsrail kəşfiyyatının həyata keçirdiyini
anlayacaq və hücumun müsəlmanlar tərəfindən edildiyini güman
etməyəcəklər. Çünki Fransa onların dostudur. Axı İsrail Fransaya
xəbərdarlıq edirdi ki, Fələstinə səs verəcəkləri halda bunun ciddi
nəticələr olacaq. Hətta dördyaşlı uşağa da aydındır ki, bu dəhşətli
hücuma görə kim məsuliyyət daşıyır”, – Qreta Berlin yazıb.
Qeyd edək ki, analoji bəyanat Rusiyadan da verilib. Geosiyasi
Problemlər Akademiyasının prezidenti, istefada olan general-polkovnik
Leonid İvaşov “IslamNews” saytında dərc edilən şərhində terror aktına
görə İsraili ittiham edib.
Ömər Dağlı
Short URL: http://www.cumhuriyyet.net/?p=15076