MTN-lə MİT-in birgə İŞİD əməliyyatı

09.01.2015 - 01:56

Azərbaycanın hüquq-mühafizə orqanları İŞİD üzvlərinə qarşı əməliyyatları Türkiyə Milli İstehbarat Təşkilatı ilə birgə həyata keçirir. Bu özəl xəbəri axar.az-a verən təhlükəsizlik üzrə mütəxəssislərdən birinin sözlərinə görə, əvvəl 26, ardınca 10 radikal qrup üzvü həbs edilib. Milli Təhlükəsizlik Nazirliyi əməkdaşları bu əməliyyatları Türkiyə MİT-i ilə parallel, daha doğrusu, əməliyyat məlumatlarının qarşılıqlı mübadiləsi ilə təşkil edir.
Əməliyyatların davam edəcəyi və Azərbaycan ərazisindən Türkiyəyə, oradan isə İraq, Suriyaya keçənlərə nəzarətin gücləndirilməsi barədə razılıq əldə olunub. Hər iki dövlətin təhlükəsizliyi baxımından müsbət təşəbbüs olan bu qərar “İslam dövləti” terrorçularının yaxın gələcəkdə tamamilə xəritədən silinəcəyinə güman yaradır.Qeyd edək ki, MTN İŞİD terrorçu qruplaşmalarına qoşulan 10 nəfərlik dəstənin həbs edilməsi barədə məlumat yayıb. Artıq Suriya və İraqda terror qruplaşmalarına qoşulan azərbaycanlı vəhhabilərlə bağlı MTN tərəfindən neçənci dəfədir ki, irimiqyaslı əməliyyat keçirilir. Bu əməliyyatlar vəhhabilərin təhlükəsizlik orqanları tərəfindən tamamilə nəzarətdə olduğuna sübutdur.

Short URL: http://www.cumhuriyyet.net/?p=15079

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728