Şamaxıda YAP-çı üsyanı – Partiya biletləri kütləvi təhvil verilir

09.01.2015 - 02:54

“Büllütenlər oğurlandı, qanun pozuldu və pulu olanlar seçildi…”

 

Bələdiyyələr bu yaxınlarda keçirilən seçkilərlə bağlı şikayətlər və
narazılıqlar hələ də bitib-tükənmir… Xatırladaq ki, bir müddət öncə Şamaxı rayon Çuxuryurd bələdiyyəsi ilə bağlı məlumatlar yaymışdıq. Həmin yazıda sözügedən bələdiyyədə sədr postunun bazar qaydaları ilə satışa çıxarıldığını bildirmişdik. İndi isə
Şamaxı rayonu üzrə 85 saylı seçki dairəsinin 20, 21 və 22 saylı
məntələrində baş vermiş qanun pozuntularını əks etdirən yeni məlumatlar yayılıb. Sözügedən dairədən bələdiyyələrə seçkilərdə
namizəd olmuş Toğrul Salahovun cumhuriyyetr.az-a ünvanladığı şikayət məktubunu olduğu kimi diqqətinizə çatdırırıq:
“Şamaxı rayonu üzrə 85
saylı seçki dairəsinin 20, 21 və 22 saylı məntələrində çoxsaylı seçki
saxtakarlığı qeydə alındı. 6 nəfərin 2 məntəqədə səs verməsi də
aşkarlandı. Səsvermə qutaran zaman isə bülletenlər sayılmadı,
protakollar bizə verilmədi, polisləri məntəqələrə çagıraraq
buülletənləri dairəyə qaçırtdılar… Yolda gedərkən bülletenlərin sayı
da çoxaldı. Amma nədənsə bəzi qurumlar hələ də susaraq gözləyir və bu
seçkinin nəticəsini ləğv edib bu cinayəti təşkil edənləri
cəzalandırmırlar. Onu da qeyd edim ki, mən-Şamaxı rayonunun Göylər
kəndindən bələdiyyə üzvülüyünə namizədəm…
“Dairə sədri ilə ƏƏSM şöbə sədrinin kirvəliyi”
Göylər
kəndinin icra nümayəndəsi İxtiyar Xəlilov hələ seçkilərdən 1 ay öncə
deyirdi ki, pulumuzu vermişik, bizim adam seçilməlidir. Seçki günü bir
neçə adamın 2 məntəqədə səs verməsi də aşkarlandı. İxtiyar Xəlilovun
qardaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şamaxı rayon
şöbəsinin sədridir, bu işlərdə onun birbaşa əli var. Çünki 85 saylı
dairənin sədri Hüseyn Rəcəbovla el dili ilə desək, kirvədirlər. Ən
dəhşətlisi budur ki, seçkinin sonunda İ.Xəlilov rayon polisinin bir neçə
əməkdaşını Göylər kəndinə gətirtdirərək bülletenləri qaçırdılar,
dairədə isə istədikləri şəxslərin xeyrinə bülletenlərin sayını
artırmışdılar. Amma nədənsə hələ də bu qanun pozuntusuna dövlət
qurumları goz yumur. Açıq deyirlər, o insanların pulu var deyə, biz
kasıb vətəndaşların haqları pozulmalıdır?

23
dekabr 2014-cü ildə keçirilən bələdiyyə seçkilərində Şamaxı rayon 85
saylı seçki dairəsinin 20, 21, 22 saylı məntəqlərində olan qanun
pozuntularının həddi yoxdur… İnanılmaz haldır ki, 85 saylı seçki
dairəsinin sədri Huseyn Rəcəbovun arxasında hansı qüvvə durduğunu hələ
də açıqlamırlar. Göylər kənd icra nümayəndəsi Ixtiyar Xəlilov hələ
seçkilərdən 1 ay öncədən deyirdi ki, kənd camaatı səs versə də, verməsə
də pulumuzu vermişik, öz adamlarımız seçiləcək. Qoy cənab
Prezidentimizin diqqətinə çatdırılsın ki, bələdiyyə seçkiləri
pulladırsa, onda seçkiləri keçirmək nəyə lazımdır? Biz neyləyək ki,
pulumuz yoxdur, axı biz də Azərbaycan vətəndaşıyıq, ürəyimiz bu vətən
üçün döyünür. Mən də YAP-ın üzvüyəm, Azərbaycan Respublikasının idman
ustasıyam, axı bizim şüarımız da var: “Sağlam bədəndə sağlam ruh olar!”.
Təsəvvür edirsinizmi, seçki günü bir neçə adamın 2 məntəqədə səs
verməsini aşkarladıq, amma… Onu da diqqətinizə çatdırım ki, 21 saylı
məntəqənin sədrinin həyat yoldaşı Seyfəddin Qəniyev və kənd icra
nümayəndəsinin müavini Fariz Məhmərzayevin məntəqənin qapısının yanında
dayanaraq təbliğat aparırdılar ki, köhnə bələdiyyə sədri Nəbi Nəbiyevə
və onun dəstəsinə səs verin. Biz gun ərzində dəfələrlə MSK-nın qaynar
xətti olan 115 nomrəsinə müraciət etdik, qeydə aldılar, amma nədənsə heç
bir tədbir görmədilər.
“QBüllitenləri üstünə “Əmək müfəttişliyi”
sözləri yazılan maşınla qaşırdılar”
Seçki basa çatan kimi isə məntəqə sədrlərinə
biz 6 namizəd və 15 müşahidəçinin istirakı ilə qanunda göstərilən kimi
sayılıb protokol verilməsini tələb etdik. Amma məntəqələrə polis
dəstələri gəldi, bülletenləri 85 saylı dairəyə zor yolu ilə qaçırdılar.
Gələn polislərin içərisində rütbəli polis işçiləri də var idi. Qoy nazir
Səlim Müslümov cənabları bilsin ki, hələ bunlar azmış kimi, kənd icra
nümayəndəsinin qardaşı, yuxarıda dedim, Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin Şamaxı rayon şöbəsinin müdiri Tərlan Xəlilov da
öz xidməti maşını olan 56-AA-092 dövlət nömrə nişanlı, üstünə “Əmək
müfəttişliyi” sözləri yazılan maşınla bülletenləri yiğaraq polislərlə
birlikdə qaçırdı. Buna nə ad verək??? Bizim əlimizdə foto-dəlillər,
konkret faktlar var. ALLAH böyükdür, hər şeyə şahiddir. Xahiş edirik,
dövlət qurumları bu qanun pozuntuları ilə ciddi maraqlansınlar.

Sonda: biz şikayəti etmişik, MSK-nın sədri Məzahir Pənahovun da
qəbulunda olmuşuq. Aparatda qabul şöbəsində də olduq, cənab Prezidentə
ərizə də yazdıq, BMT-yə, ATƏT-ə teleqram vurduq, amma nədənsə hələ də
susurlar. Mən YAP üzvüyəm, YAP-a inanıram. Əgər bu qanunsuzluqlara son qoyulmazsa mən və çox sayda partiya üzvü bu partiyadan imtina edib vəsiqələrimizi təhvil verəcəyik…
Redaksiyadan: 85 saylı Seçki Dairəsinin sədri və
digər rəsmi və məsul şəxslərlə əlaqə yaradıb. Həmçinin MSK-nın müvafiq
qurumları ilə məsələyə aydınlıq gətirməyə çalışırıq. Növbəti yazıda bu
barədə ətraflı bəhs etməyə çalışacağıq.

Short URL: http://www.cumhuriyyet.net/?p=15081

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930