Rüşvət və korrupsiyaya qarşı intihar etirazları
Kompensasiya və rüşvət üstündə
canlarına qıydılar; Bakının “Sovetski” məhəlləsində Eldar Tağıyevin
yanmış meyiti tapıldı, Goranboyda isə Qarabağ qazisi olduğu deyilən
Bəxtiyar Əhmədov özünü 5-ci mərtəbədən atdı; səbəblərlə bağlı şahidlərin
və rəsmilərin açıqlamaları ziddiyyət təşkil edir, lakin…
8-də Bakıda intihar hadisəsi baş verib. Məlumata görə, günorta
saatlarında paytaxtın “Sovetski” kimi tanınan məhəlləsində evinin
sökülməsinə görə verilən kompensasiyanın azlığına etiraz edən sakin
özünü yandırıb. Bu dəhşətli intihar hadisəsi haqda xəbəri
“İnterfaks-
kimliyi hələlik məlum deyil.
ilə bağlı Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda isə
intihardan söhbət getmir. Qurumun saytında bildirilir: “Bakı şəhəri,
Yasamal rayonunda sökülmüş evin otağında 1 kv.m sahədə 1 nəfərin yanmış
cəsədi aşkar edilib. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub”.
başqa bir intihar hadisəsi isə Goranboyda baş verib. Bizimxeber.az-ın
məlumatına görə, Bəxtiyar adlı Qarabağ qazisi özünü yaşadığı binanın
5-ci mərtəbəsindən ataraq intihar edib. Saytın məlumatında deyilir ki,
Qarabağ qazisinin həyat yoldaşı Goranboydakı musiqi məktəblərindən
birinin direktoru işləyir. İntiharın səbəbləri barədə isə aşağıdakılar
bildirilir: “Rayon icra başçısının müavini Baxış Abdullayev qazinin
müdir işləyən həyat yoldaşını yanına çağıraraq ondan 5000 min manat pul
istəyib. Səbəb kimi isə rayonda abadlıq-quruculuq işlərinin aparılması
üçün pul lazım olduğu göstərilib. Baxış Abdullayev bildirib ki, tapşırıq
icra başçısı Nizaməddin Quliyev tərəfindən verilib. Bu qədər pulu
düzəldib verə bilməyəcəyini görən xanım direktor baş verənləri həyat
yoldaşı Bəxtiyara danışıb və onu icra başçısı ilə görüşə göndərib. İcra
başçısı ilə görüşən Bəxtiyar onlarda bu qədər pulun olmadığını deyib.
Lakin başçı onu təhqir edərək otaqdan qovub. Nəticədə də Qarabağ qazisi
Bəxtiyar özünü binanın 5-ci mərtəbəsindən ataraq öldürüb”.
əlaqə saxlayıb hadisənin təfərrüatlarını dəqiqləşdirmə aparmağa
çalışdıq. İcra başçısının 1-ci müavini Baxış Abdullayev “Yeni Müsavat”a
dedi ki, intihar edən şəxs Goranboy şəhər sakini olsa da, Qarabağ qazisi
deyil: “Bəli, intihar edib, araşdırma gedir. Ancaq məndə intiharın
səbəbi barədə məlumat yoxdur”. B.Abdullayev öz adının bu hadisədə
hallandırılması və rüşvət istəməsi barədə məlumatı qəti təkzib etdi: “Bu
barədə bizimxeber saytı yazıb. Mən saytla da danışdım, onu səhv məlumat
verdiyinə görə məhkəməyə verəcəyəm ki, adım burada niyə hallandırılıb.
Hətta başçının da adı yazılıb. Ancaq başçı bir həftədir məzuniyyətdədir.
Nə həmin xanım, nə həyat yoldaşı qəbula gəlməyib”. Müavin intihar edən
şəxsin həyat yoldaşının şəhər musiqi məktəbinin direktoru olduğunu da
təsdiqlədi.
rayon prokurorunun böyük köməkçisi Füzuli Əliyev isə məsələni araşdıran
müstəntiqlə əlaqə saxlamağı məsləhət gördü. Lakin müstəntiq məlumat
verməkdən imtina etdi. Baş Prokurorluğun
mətbuat xidmətinin rəhbəri Eldar Sultanov hadisə ilə bağlı “Yeni
Müsavat”a bunları bildirdi: “Goranboy sakini Bəxtiyar Əhmədovun yanvarın
6-da intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət
Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb. İş üzrə
məhkəmə-tibbi ekspertiza təyin edilib, şahidlər, o cümlədən mərhumun
arvadı və oğlu dindirilib. B.Əhmədovun hər hansı konkret şəxs tərəfindən
özünü öldürmə həddinə çatdırması barədə istintaqa hazırkı vaxtadək
məlumat daxil olmayıb. Eyni zamanda bildirirəm ki, hadisə baş verən gün
meyitin üzərinə baxış keçirilərkən şalvarının cibindən yaxın qohumlarına
ünvanlanmış “ölümümdə özüm günahkaram” sözləri ilə başlayan məktub
aşkar edilib. B.Əhmədovun ölümünün səbəblərinin müəyyənləşdirilməsi
istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir”.
Qazilər Birliyinin sədr müavini Firudin Məmmədov isə dedi ki, bu barədə
xəbəri oxuyandan sonra araşdırmalara başlayıb: “Ancaq hələlik onun
Qarabağ qazisi olub-olmadığını dəqiqləşdirə bilməmişik. Bildiyimiz odur
ki, əlillər və şəhid ailələri üçün tikilmiş veteranların binasında
yaşayıb”.
“Sovetski” məhəlləsindəki intihar hadisəsi ilə bağlı da Nazirlər
Kabinetindən və Bakı Şəhər Prokurorluğundan məlumat ala bilməsək də,
günün sonunda bununla bağlı rəsmi məlumat açıqlandı. “Yasamal rayonu,
Mirzağa Əliyev küçəsi 108 ünvanında bir sakinin köçürmə ilə bağlı
verilən kompensasiyanın miqdarına etiraz olaraq özünü yandırması barədə
yayılan məlumatlar tamamilə əsassızdır”. Bunu APA-ya açıqlamasında
Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, “Sovetski”
məhəlləsi ilə bağlı Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış
Köçürmə Komissiyanın sədri Səməd İslamov deyib. Onun sözlərinə görə,
həmin ünvanda yaşamış Eldar Tağıyev hələ keçən ilin aprel ayında
kompensasiyasını alaraq köçüb, mənzil isə boş qalıb: “Ümumiyyətlə, həmin
mənzildə yanğın olmayıb, meyit yanmış şəkildə mənzildə aşkar olunub.
Ekspertiza həmin şəxsin kim olduğunu müəyyənləşdirər ki, hansı şəraitdə
ölüb, öldürülüb, yaxud yandırılaraq ora atılıb…” (musavat.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=15083