“Heydər” məscidi dini nüvuz savaşına səbəb oldu

09.01.2015 - 10:10

QMİ sədri növbəti bayram namazınadək Qafqazın ən böyük ibadət evinə
nəzarəti ələ keçirməyi hədəfləyib; BŞİH tabeçiliyinə verilmiş “Heydər”
məscidi ətrafında vəziyyəti öz xeyrinə dəyişməsə, o, Abutalıbovun
“bığının altından” keçməli olacaq…

QMİ sədri növbəti bayram namazınadək Qafqazın ən böyük ibadət evinə
nəzarəti ələ keçirməyi hədəfləyib; BŞİH tabeçiliyinə verilmiş “Heydər”
məscidi ətrafında vəziyyəti öz xeyrinə dəyişməsə, o, Abutalıbovun
“bığının altından” keçməli olacaq…

 

 

Bakının
Binəqədi rayonunda ötən ay Qafqazın ən böyük ibadət evi – “Heydər”
məscidi istifadə verildi. Təntənəli açılış mərasimində prezident İlham
Əliyev və ailə üzvləri də iştirak etdilər. Söz yox ki, bu, yeni ibadət
evinə ölkə başçısı səviyyəsində hansı həssas münasibətin olduğunun
anonsu idi. Bəlkə
də ən birinci elə bu səbəbdən məscidin açılışı edilən kimi onun
ətrafında bəzi söz-söhbətlər, maraqlı nüanslar ortaya çıxdı. Onlardan ən
diqqət çəkəni Binəqədi məscidinin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ)
deyil, məhz Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeçiliyinə verilməsi
ilə bağlı idi. Əslində bununla da təzə bir QMİ-BŞİH gizli savaşının və
ya çəkişməsinin əsası qoyulmuş oldu. 

Xatırladaq
ki, məscid açıldıqdan dərhal sonra belə məlumat yayıldı ki, artıq onun
axundu və imamı da bəllidir. Ancaq elə həmin gün məlumat QMİ tərəfindən
təkzib edilmişdi…                 
Bəzi müşahidəçilərə görə,
Qafqazın ən böyük məscidinin Şeyxülislam Hacı Allahşükür Paşazadənin
idarəçiliyinə verilməməsi onun, daha dəqiqi, qardaşı – Şeyxin biznesini
idarə etdiyi deyilən Cavanşir Paşazadənin hakimiyyətin təşəbbüskar
olduğu “ehsan islahatı”nı altdan-altdan iflas eləməsi ilə birbaşa
bağlıdır. Ehtimal edilir ki, iqtidar QMİ sədrindən narazılığını, hətta
qəzəbini məhz bu şəkildə bildirib. 
Bundan az
öncə isə Şeyxin maliyyə imkanlarına zərbə sayılacaq başqa bir addım
atılmışdı – dövlətdən ayrılan vəsaitlər hesabına ölkədəki dini icmaların
maliyyələşməsi səlahiyyəti ilk dəfə olaraq QMİ-dən alınaraq Mübariz
Qurbanlının sədri olduğu Dini Komitəyə həvalə edilmişdi. Ardınca
Azərbaycanda yeni və ən böyük ibadət ocağının – “Heydər” məscidinin də
Şeyxə çox görülməsi əlbəttə ki, sonuncunun ətrafında dairənin
daraldılması təəssüratını yaradır(dı). 
Hər
halda, çoxdanın söhbətidir ki, hakimiyyətdəki müəyyən çevrə ölkənin
birinci şəxsi ilə Şeyxin münasibətlərinin korlanmasında, ən azı
soyumasında maraqlıdır. Ancaq tanıyanlar bilir ki, Şeyx həzrətləri də
“asan sınan qoz” deyil təbii ki. Onun hələ imkanları qalır ki, bəzi
effektli kontur-addımlara getsin. 
Birinci ona
görə ki, oyun hər halda, onun “meydanında” gedir. Hər kəs də öz
meydançasında daha yaxşı, daha inamlı oynayır və şanslı görünür. Şans
isə ondan ibarətdir ki, QMİ şefi istəsə, faktiki surətdə özəl status
daşıyan və axundu da QMİ-dən olmayacaq Binəqədi məscidinə qarşı adekvat
cavab qismində ölkənin əsas məzhəbi kimi şiə toplumunda bir ögeylik
formalaşdıra bilər. 
Məsələn, bayram
namazlarını əvvəlki illərdəki kimi, yenə “Təzəpir” məscidində təşkil
edər. Halbuki məntiqlə belə namazları maksimum inanc adamının toplaşması
üçün ən böyük məsciddə qılınmalıdır. Yeri gəlmişkən, açılışla bağlı
belə bir informasiya da keçmişdi ki, “Heydər” məscidində sünni və şiə
məzhəbindən olan müsəlmanlar cümə günləri birgə şəkildə vəhdət namazları
qılacaqlar. Amma hələ ki, belə namazların qılınması haqda məlumat
yoxdur… 
Bəs Şeyx bayram namazı üçün Binəqədiyə, QMİ tabeliyində olmayan “Heydər” məscidinə gedəcəkmi? 
Söz
yox ki, boykot yolu seçməklə o, arxasında prezidentin təşəbbüsünün
dayandığı bir projeni iqnor eləmiş kimi görünəcək – imtina üçün gərək
çox sanballı əsas olsun. Başqa yandan, gedərsə, onda öz imicinə zərbə
vuracaq, BŞİH rəhbəri Hacıbala Abutalıbovun olmayan bığının altından
keçmək, onun qarşısında kiçilmək anlamlına gələcək. O zaman Dini İdarə
başçısı hansı variantı seçəcək ki, “nə şiş yanacaq, nə də kabab”? 
Məntiq
diktə edir ki, hörmətli Paşazadə ən optimal yolu tutacaq. Söhbət
“Heydər” məscidinin QMİ-nin balansına keçirməkdən gedir. Üstəlik, bunun
üçün vaxt da az deyil – növbəti bayram namazına hələ kifayət qədər var.
Onu da nəzərə alsaq ki, Şeyxin ölkə prezidenti ilə münasibətləri bütün
yan təsirlərə baxmayaraq, Bakı meri ilə müqayisədə hələ ki, daha sıcaq
və ən əsası, özəldir, o zaman qalan zaman kəsiyində QMİ sədrinin
məsələni öz xeyrinə yekunlaşdırması üçün əlavə və bənzərsiz rıçaqa malik
olduğu yəqinləşər. 

Nəhayət, məscid ilk öncə
ruhani sahəyə aid olduğundan Şeyxin öz xeyrinə gətirəcəyi arqumentlər
yetərincə inandırıcı görünəcək sözsüz ki. Yəni “öz meydanında oynamaq”
məsələsi.(musavat.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=15084

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930