Kürdəmir şoku: 2 milyon mənimsəyən məmur azadlıqda

09.01.2015 - 10:39

Külli miqdarda mənimsəmədə ittiham olunaraq bir ay əvvəl
barəsində həbs qətimkan tədbiri seçilən Kürdəmir rayon İcra Hakimiyyəti
Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri – baş memar
Sarif Əsgərov azadlığa buraxılıb. Rayon icra hakimiyyətindən verilən məlumata görə, S.Əsgərov bir neçə gün öncə
azadlığa buraxılıb.

Qeyd edək ki, S.Əsgərov Kürdəmir rayon Mollakənd-Axtaçı-Öylənqulu
avtomobil yolunun tikintisi zamanı yol verilən mənimsəmə faktı üzrə həbs
edilmişdi. Mənimsəmə barədə Hesablama Palatasından daxil olmuş material
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində
araşdırılıb. Araşdırmalar zamanı “Avtotransyol” MMC-nin sədri Əfqan
Zeynalovun S.Əsgərovla əlbir olub qeyd edilən avtomobil yolunun
tikintisi zamanı ümumilikdə 2 milyon 161 min manat dəyərində işləri
yerinə yetirmədən həmin işlərin görülməsi barədə rəsmi sənədlərə yalan
məlumatlar daxil edib. Hər iki şəxsə Cinayət Məcəlləsinin 179.3.2
(mənimsəmə və ya israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən
sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan
edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri
seçilmişdi.

Cinayət işində Kürdəmir rayon İcra Hakimiyyətinin keçmiş başçsı İrşad
Əliyevin şahid kimi tanındığı bildirilir. Qeyd olunur ki, S.Əsgərov
keçmiş başçının səyi nəticəsində azadlığa buraxılıb.

Xatırladaq ki, S.Əsgərovun həbsi ilə bağlı 2014-cü il
dekabrın 5-də Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda
deyilirdi:

“Kürdəmir rayon Mollakənd-Axtaçı-Öylənqulu avtomobil yolunun
tikintisi zamanı qanunsuzluqlara yol verilməsi barədə Hesablama
Palatasından daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya
Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı “Avtotransyol” MMC-nin sədri Əfqan
Zeynalov və Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı aparatının memarlıq
və tikinti şöbəsinin müdiri, baş memar Sarif Əsgərov avtomobil yolunun
tikintisi zamanı ümumilikdə 2 milyon 161 min manat dəyərində işləri
yerinə yetirmədən rəsmi sənədlərə yalan məlumatlar daxil edərək dövlət
büdcəsinin vəsaitini mənimsəyiblər. Bildirilir ki, işin
keyfiyyətli qaydada yerinə yetirilməməsi səbəbindən avtomobil yolunun
bir hissəsinin dağılıb və dövlətə 143 min manat məbləğində zərər dəyib.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf
etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə
saxtakarlığı) maddələri ilə ittiham elan edilib, barələrində məhkəmənin
qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.”

Dövlətin 2 milyon manatını mənimsədiyinə görə Cinayət
Məcəlləsinin 3 maddəsi ilə məsuliyyətə cəlb olunan baş memarın belə qısa
müddətdə azadlığa buraxılması Azərbaycan reallığında o qədər də
təəccüblü deyil. Lakin bu fakt bir daha onu sübut etdi ki, S.Əsgərov bu
həcmdə mənimsəməni özbaşına və tək həyata keçirə bilməzdi. Əksinə, çox
böyük ehtimalla, o, sadəcə olaraq rayonun başçısının göstərişlərini
yerinə yetirib. Görünür pulu götürən onu geri qaytarıb ki, cinayətkar
zəncirin bir həlqəsi olan baş memar azadlığa buraxılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=15086

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728