ŞOK: Azərbaycan nefti tankerlərdə “qarıyır”

09.01.2015 - 11:34

“Azeri Light” hərraca çıxarılmayıb, hərracda nə tələb, nə təklif qeydə alınmayıb, Azərbaycan nefti
ilə dolu tanker Aralıq dənizində gözləməkdədir 

 

 

Dünya bazarlarında neftin qiymətinin kəskin enməsi Azərbaycan
neftinin satışını təşkil edən treyderləri ilginc taktika seçməyə məcbur
edib. “Röyter” agentliyinə istinadən virtualaz.org xəbər
verir ki, dünya bazarlarında ən yüksək keyfiyyətli neft növlərindən
hesab edilən “Azeri Light” bu gün hərraca çıxarılmayıb. Azərbaycan nefti
ilə dolu tanker Aralıq dənizində gözləməkdədir və bu gün keçirilən
hərracda nə tələb, nə təklif qeydə alınmayıb. Həmçinin Rusiyanın “Ural”
markalı nefti ilə dolu tanker Baltik dənizində gözləməkdədir.

Agentliyin xəbərinə görə, “Azeri Light”ın əsas rəqibi
keyfiyyətcə ona yaxın olan Lliviya neftidir və qiyməti London
birjasında  bu həftə “Brent” markalı neftdən  2.1-2.4 dollar yuxarı
olub. Bu, noyabr ayından bəri ən yüksək göstəricidir. Hərçənd ki,
yanvarın 8-də “Azeri Light”ın alqı-satqısına dair heç bir tələb və
təklif qeydə alınmayıb.

Treyderlər bildiriblər ki, Azərbaycan nefti ixracın gələn ay
gözlənilən artımı qarşısında ucuzlaşma təzyiqi ilə üzləşəcək. Azərbaycan
yanvar ayında sutkada 742 min barrel neft ixrac edir. Fevral ayında isə
ixrac sutkada 821 min barrelə qədər artacaq. Azərbaycan neft ixracını
Liviyadan ixracın azalması xəbərlərindən sonra artırıb. Liviyadan neft
ixracı sutkada 300 min barrelə enib, ötən ilin oktyabrında isə 900 min
barrel həcmində ixrac olub. Liviya vətəndaş müharibəsi içərisindədir və
neft limanlarının bir qismi yaraqlıların əlindədir.

Treyderlər deyirlər ki, bazarda təklif olunan neftin həcmi kifayət
qədərdir. Ancaq qiymətlərin durmadan enməsi bəzi iri treyder
şirkətlərini xam nefti açıq dənizdə saxlamaq üçün supertankerlər
kirayələməyə məcbur edib. Onlar əllərində olan xam nefti satmaq üçün
daha əlverişli fürsət gözləyirlər. “Vitol”, “Trafigura” və “Shell” kimi
şirkətlər xam nefti saxlamaq üçün tankerləri 12 aya qədər
kirayələyiblər. Məlumatı yük brokerləri və treydinq şirkətlərindəki
mənbələr “Röyter”ə bildiriblər.

Bu gün Rusiyanın “Ural” nefti də hərraca çıxarılmayıb. Rusiya nefti
ilə dolu tankerlər Baltik dənizində gözləyir. “Ural” markalı neft
“Brent” markalı neftdən 2.40 dollar aşağı satılır. Qazaxıstanın “CPC
Blend” markalı ixrac neftinə dair verilmiş təklif isə geri çəkilib.
“Vitol” şirkəti bu neftin barelini “Brent” markalı neftdən 70 sent aşağı
təklif etsə də daha sonra təklifini geri götürüb.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=15089

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728