Ziya Məmmədovla Elmar Vəliyevə meydan oxuyan məmur
ki, yumurtadan yun qırxmağı belə, bacaran rəis Gəncənin mərkəzində
yerləşən kolxoz bazarının başında özünə mini avtovağözal yaradıb
istismar müddətini başa vurmuş maşınlarla şəhərə yaxın kəndlərə marşurut
açıb. Təbii ki, yararsız olan bu maşınların hamısı vergidən yayınır,
heç birinə də fərqlənmə nişanları verilmir, yol sxem kartları da yoxdur.
Qanuna görə bütün sürücülər həkim müayinəsindən keçməklə müvafiq sənəd
gətirməlidirlər. Ancaq miniavtoğavzalın xidmətində 20 maşın işləsə də
heç birinin lisenziyası yoxdur. Çünki bu maşınların istismar müddəti
çoxdan keçdiyindən heç kim risk edib bu cür yararsız maşına lisenziya
verib başına iş açmaq istəməz. Amma əvəzində bütün maşınların gündəlik
yol pulu qəpiyinəcən departamentin rəisinin dolmaq bilməyən cibinə
gedir.
bazarın ətrafında tıxacların yaranmasına səbəb olan bu mini
avtovağzaldan şəhərin icra başçısı Elmar Vəliyevin də xəbəri yoxdur.
Yəni “Həsən Süleymanoğlu” firması adıyla qanunsuz sərnişindaşımaçılıq
fəaliyyəti göstərən bu qurum özünə o qədər arxayındır ki, E. Vəliyev
kimi zəhmli icra başçısının qəzəbinə gəlməkdən çəkinmir. Ancaq nə
vaxtacan…?
Short URL: http://www.cumhuriyyet.net/?p=15107