Tanınmışların rektor övladları

09.01.2015 - 15:28

Azərbaycanda 50-yə yaxın (dövlət və özəl) ali məktəb fəaliyyət göstərir.
Bəzi ali məktəblərin rektorları tanınmış ictimai-siyasi, mədəniyyət
xadimlərinin övladlarıdır.
Cumhuriyyet.az Lent.az-a istinadən tanınmış şəxslərin rektor övladlarının siyahısını təqdim edir:
1. Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli
görkəmli pedaqoq, rejissor və ictimai xadim Şəmsi Bədəlbəylinin
övladıdır. 1991-ci ildən Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasına
çevrilmiş Azərbaycan Dövlət Konservatoriyasının rektorudur. Azərbaycanın
əməkdar artisti (1972), Azərbaycanın xalq artisti (1978), SSRİ xalq
artisti (1990). Azərbaycanın Dövlət mükafatı laureatıdır.
2.
Mədəniyyət və İncəsənət Universitetin rektoru Fərəh Əliyeva görkəmli
jurnalist, pedaqoq Şirməmməd Hüseynovun qızıdır. F. Əliyeva 7 sentyabr
1961-ci ildə Bakı şəhərində anadan olub. 1984-cü ildən Bakı Musiqi
Akademiyasında “Musiqi tarixi” kafedrasında çalışmış, sənətşünaslıq
namizədi (1994), sənətşünaslıq doktoru (2008) elmi dərəcələrinə, 2005-ci
ildən isə professor elmi adına layiq görülüb. O, 1994-cü ildən 2006-cı
ilə kimi Bakı Musiqi Akademiyasında Elmi katib vəzifəsində çalışıb.
Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olan görkəmli musiqişünas alim,
televiziya və radioda çoxsaylı verilişlərin aparıcısı, iştirakçısı
olmuşdur. Fərəh Əliyeva hazırda Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin rektorudur. 
3. Lomonosov adına Moskva
Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü
Nərgiz Paşayeva görkəmli alim, akademik Arif Paşayevin övladıdır. Nərgiz
Paşayeva 13 dekabr 1962-ci ildə Bakı şəhərində anadan olub.
1968-1978-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil
alıb. 1978-ci ildə BDU-nun Filologiya fakültəsinin əyani şöbəsinə daxil
olub və 1983-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib.
1983-cü ildə əyani aspiranturaya qəbul olub və “Sabirin novatorluğu”
adlı dissertasiya işini vaxtından əvvəl tamamlayaraq uğurla müdafiə
edib. 23 sentyabr 1987-ci ildə filologiya elmləri namizədi alimlik
dərəcəsi alıb. 1987-ci ilin mart ayından Bakı Dövlət Universitetinin
Filologiya fakültəsinin “Azərbaycan ədəbiyyatı tarixi” kafedrasında
assistent, müəllim, baş müəllim, dosent vəzifələrində, 1994-2008-ci
illərdə isə Bakı Musiqi Akademiyasının “Dil və ədəbiyyat” kafedrasının
müdiri vəzifəsində çalışıb. 23 iyun 2008-ci ildə Azərbaycan prezidenti
İlham Əliyevin sərəncamı ilə M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin Bakı filialına rektor təyin olunub.
4. Milli
Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev professor,
görkəmli yazıçı Mir Cəlal Paşayevin oğludur. Arif Mircəlal oğlu Paşayev
1934-cü il fevralın 15-də Bakıda anadan olub. A. Paşayev 1957-ci ildə
Odessa Elektrotexnika Rabitə İnstitutunu radiofizika ixtisası üzrə
bitirib, 1959-cu ildən AMEA-nın Fizika İnstitutunda elmi fəaliyyətə
başlayıb. Həmin vaxtdan o, yarımkeçirici materialların elektrofiziki
parametrlərini kontaktsız ölçmək üçün cihazlar, maşınqayırma məmulatına
nəzarət üçün cərəyan burulğanlarından istifadə edən qurğular,
mikrominiatür dəqiq çeviricilər yaradıb seriya ilə istehsala buraxıb.
1996-cı ildən Milli Aviasiya Akademiyasının rektorudur.
5. ADA
Universitetinin rektoru Hafiz Paşayev də Mir Cəlal Paşayevin övladıdır.
H. Paşayev 1941-ci il mayın 2-də Bakı şəhərində anadan olub. 1963-cü
ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti)
fizika fakültəsini bitirib. 1971-1992-ci illərdə Azərbaycan Milli
Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi, laboratoriya müdiri
olub. 1984-cü ildə doktorluq dissertasiyasını müdafiə edərək, fizika
elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. 1975-1976-ci illərdə
Kaliforniya Universitetində tədqiqatlarını davam etdirib. 1993-2006-cı
illərdə Azərbaycan Respublikasının ABŞ-dakı (eyni zamanda Meksika və
Kanadada) Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsində çalışıb.
Azərbaycan prezidentinin 14 avqust 2006-cı il tarixli sərəncamı ilə
Xarici İşlər Nazirinin müavini – Azərbaycan Respublikası Xarici İşlər
Nazirliyinin Diplomatik Akademiyasının (indiki ADA Universiteti) rektoru
təyin edilib.
6. Yeni yaradılmış Bakı Xoreoqrafiya
Akademiyasının rektoru Timurçin Əfəndiyev isə tanınmış alim və ictimai
xadim, xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində anadan olub. Timuçin
Əfəndiyev 1977-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetində işləyir. O, burada əvvəlcə baş müəllim, sonra dosent
vəzifəsi tutub, 1987-ci ildən isə professor elmi dərəcəsinə layiq
görülüb. 1978-ci ildən 1987-ci ilədək fakültə dekanı olub. 1987-2014-cü
illərdə Timuçin Əfəndiyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin rektoru olub.
7. Bakı Dövlət Universitetinin
rektoru, akademik Abel Məhərrəmovun anası Şəfiqə Məhərrəmova (Avşarova)
isə Ermənistan SSR-in “Əməkdar müəllimi” adını almış ilk azərbaycanlı
qadındır. A. Məhərrəmov 1950-ci il yanvarın 5-də Ağdam şəhərində anadan
olmuşdur. Atası Məmmədəli Məhərrəmov riyaziyyatçı olub. Oğlu anadan
olanda adını Norveç riyaziyyatçısı Nils Abelin şərəfinə Abel qoyub.
Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının
akademiki, kimyaçı alim, BDU-nun üzvi kimya kafedrasının müdiridir.

Short URL: http://www.cumhuriyyet.net/?p=15108

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728