Azərbaycanlı körpə İranda girov götürüldü

09.01.2015 - 16:08

Müalicə
olunmaq üçün İranda fəaliyyət göstərən xəstəxanalardan birinə gedən
azərbaycanlı ailəsinin və qohumlarının sənədləri girov götürülüb. Bu barədə publika.az-a ailənin yaxın şəxslərindən biri məlumat verib.

Məlumata görə, Bakının Nardaran qəsəbəsində yaşayan ailə (etik
səbəblərdən adlarını çəkmirik) uzun müddət övladlarının olmaması ilə
əlaqədar müalicə məqsədilə İran İslam Respublikasına səfər edib.  Alınan
müalicələr uğurlu olub və nəticədə ailənin xanımı hamiləlik yaşayıb.
Hamiləliyin yeddinci ayında növbəti müayinə məqsədilə İranın Ərdəbil
şəhərinə səfər zamanı problemlər yaşanıb. Ailənin xanımı yaranmış
vəziyyətə görə, Ərdəbil ostanlığının Meşkin şəhərində  təcili müayinə
olunub, sonra isə Ərdəbil şəhərinin “Bu-Əli” özəl xəstəxanasında
vaxtından əvvəl hamiləlikdən azad edilib.

Uşaq xəstəxanada vaxtından tez anadan olub (yeddinci ayında) və
uşaqlar üçün nəzərdə tutulan barokameraya yerləşdirilib, nəticədə isə
vəziyyəti yaxşılaşıb. Bundan sonra isə ailənin bəlaları başlayıb.

Sözügedən xəstəxana etdiyi xidmətə görə ailə başçısından 22 min manat
pul ödəməyi tələb edib. O isə belə bir məbləğin onda olmadığını
bildirib.

Təyin olunmuş müalicə pulunu ödəyə bilmədiyinə görə, hazırda uşaq
xəstəxanadan buraxılmır. Bu azmış kimi, xəstəxana rəhbərliyinin
müraciəti əsasında İranın aidiyyəti orqanlarının əməkdaşları tərəfindən
ailənin qohumlarının pasportları əllərindən alınıb.

Hazırda ailə üzvləri xəstəxana xərclərinin ödənilməsi üçün Nardaran qəsəbəsində maliyyə dəstəyi axtarırlar.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=15111

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728