Dağlıq Qarabağ separatçıları “Avropa Çempionatı”na qatılır
Azərbaycanın işğal alıtndakı torpaqlarında
yaradılan “Dağlıq Qarabağ Respublikası” adlı separatçı qurum 2015-ci
ilin yayında tanınmamış dövlətlər arasında keçiriləcək “Avropa
Çempionatı”nda iştirak edəcək. Modern.az saytı Rusiya
mətbuatına istinadən xəbər verir ki, bu ilin yayında Böyük Britaniyaya
məxsus Men adasında keçiriləcək “turnir”ə Avropanın 12 separatçı
bölgəsindən olan yığma komandalar gedəcək.
Dağlıq
Qarabağdan başqa, turnirdə Cənubi Osetiya, Abxaziya, Oksitaniya,
Padaniya, Şimali Kipr, Laplandiya, Nitsa qraflığı, Frankoniya,
qaraçılar, sekey macarları və ev sahibi Men adasının futbol üzrə “yığma
komandaları” iştirak edəcək. Krım, Monako və Şimali İtaliyanın 8
bölgəsindən olan “komandalar” isə turnirdə iştirak edə bilməyəcəklər.
Oyunların püşkü fevralda, görüşlər isə iyun ayında keçiriləcək.
Xatırladaq
ki, tanınmamış dövlətlər arasında ilk “dünya çempionatı” 2014-cü ilin
iyununda İsveçin Estersund şəhərində keçirilib. Həmin turnirdə Nitsa
qraflığı “çempion” adı qazanıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=15115