Paris olayını ifşa edəcək 4 sual: Kirli oyun yəqinləşir

09.01.2015 - 19:19
Türk mediasının sensasion araşdırmasında olayın pərdəarxası məqamlarına toxunulub

 
“Çarli Hebdo”  jurnalı üçün , kənardan işləyən və heç zaman
redaksiyaya gəlməyən, 3 qocaman karikaturaçı hadisə günü nə üçün jurnala
çağırılıb? Qapı hücum edənlərə açan  Korinn Rey, qırğından necə xilas
oldu? Bir müddətdir ki, təqib edilən şübhəlilər hücumu necə həyata
keçirib? Jurnal binasının qarşısında yerləşən təhlükəsizlik  qüvvələri
 niyə həmin gün olmayıb?
Türkiyə mediasında Paris olayları ilə bağlı geniş araşdırma
yazısı dərc olunub. Yazıda  olayın pərdəarxası məqamlarına da toxunulub.
Dünya
 iki  gün öncə,  Fransanın paytaxtı Parisdən gələn xəbərlə silkələndi.
Hz. Məhəmməd (s.a.s) və İslamla bağlı reaksiya çəkən karikaturalar dərc
etdirən “Çarli Hebdo”  adlı jurnala hücum edilib. Hücumu  həyata
keçirənlər  tam 10 dəqiqə ərzində jurnalı  demək olar ki məhv etdi . 12
insan həyatını itirdi. Hücum edənlərin  Əlcəzair əsilli Fransa vətəndaşı
Şərif (32 yaşlı ) və Səid  Kuaçi (34 yaşlı ) adlı qardaşlar olduğu
açıqlanıb. Təhlükəsizlik orqanları iki qardaşı axtararkən ağıllarda sual
işarəsi buraxan hadisələr zənciri baş verdi. Məhz o suallar:
1.
Hücumda ölən karikaturaçılar  George  Volinski (80 yaşlı  ), Bernard
Verlhac (58 yaşlı ) və Jan Cabut (75  yaşlı  ) heç bir zaman jurnalın
 redaksiyasına  gəlmirdi. Ancaq jurnalın səlahiyyətlilərindən biri
 yanvarın 5-də  bu üç adama zəng edərək, çərşənbə günkü toplantıda
mütləq iştirak etmələrini söylədi. Sözügedən 3  karikaturçu  hücum günü
evlərindən götürülərək  jurnala gətirildi və hadisədə həyatlarını
 itirdilər .  Onları  kim çağırdı?
2. Qırğından
xilas olan  şəxslərdən  biri qadın karikaturaçı  Korinn Reydi. Rey
“Qızıma baxmaq üçün uşaq bağçaya getdim. Jurnala qayıdanda isə qapının
qarşısında maskalı və silahlı 2 nəfər vardı. Məni təhdid edəndən sonra,
 jurnalın qapısının giriş kodunu  dedim . Masanın altına girib xilas
oldum”- deyib. Elə bu yerdə  bir  sual  ortaya çıxır : 12 nəfərin
həyatını itirdiyi otaqda olan Reyin xilas olması necə bu qədərmi
bəsitdir?
3. İki qardaş təhlükəsizlik
qruplarının  təqibində  nəzarətində  olub . Polis tərəfindən nəzarət
altında olan iki qardaş, necə oldu ki,  əlini qolunu yelləyə-yelləyə
Parisin ortasında belə bir hücumu reallaşdırdılar?
 4.
Hadisə ilə bağlı bir açıqlama da  jurnalın üst qatındakı televiziyanın
rəhbəri Lük Hermandan gəldi. Herman, “Çarli Hebdo” nun ön qapısının
önündə uzun  müddət bir avtomobildə iki polis gözləyirdi . Ancaq son
həftələrdə polis yox idi. Polisin nə üçün orada olmadıqları  sual
doğurur”

Short URL: http://www.cumhuriyyet.net/?p=15118

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728