Universitetdəki talana görə hökm oxundu: deputat-rektor kənarda qaldı

09.01.2015 - 19:41

Bakı Ağır Cinayətlər Məhkəməsində
Azərbaycan Dillər Universitetində aşkarlanmış maliyyə pozuntuları ilə
bağlı açılan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən, təqsirləndirilən Səbuhi
Cəfərov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Digər şəxslər
barəsində isə 3 il müddətinə şərti cəza seçilib.

Dövlət ittihamçısı Səbuhi Cəfərovun 8,
digər təqsirləndirilən şəxslərin isə 3 il müddətinə şərti olaraq
azadlıqdan məhrum edilməsini istəmişdi.

Azərbaycan Hesablama Palatasının 2012-ci
il sentyabrın 19-da yaydığı məlumatda bildirilir ki, Palatanın son
kollegiya iclasında dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən
В«TəhsilВ» bölməsi üzrə Azərbaycan Dillər Universitetinə ayrılmış büdcə
vəsaitlərinin proqnozlaşdırılması və istifadə olunması üzrə auditin
nəticələri müzakirə olunub.

Universitetin məsul şəxsləri tərəfindən
vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına, ciddi maliyyə
pozuntularına, çatışmazlıqlara, habelə saxtakarlıq və mənimsəmə
hallarına yol verilməklə, dövlətə külli miqdarda zərər vurulduğunu
nəzərə alaraq Kollegiya tərəfindən auditin nəticələri üzrə materialların
Baş Prokurorluğa göndərilməsi və bu barədə Milli Məclisə məlumat verilməsi qərara alınıb.
Həmin il sentyabrın 24-də Azərbaycan Respublikası Baş Prokurorluğu da
bununla bağlı məlumat yayıb. Məlumatda bildirilib ki, Azərbaycan Dillər
Universitetinin 2007-2012-ci illəri əhatə edən dövrün dövlət büdcəsindən
ayrılan büdcə vəsaitlərinin və büdcədənkənar vəsaitlərin istifadə
olunması vəziyyətinin yoxlanılmasına dair Hesablama Palatasından daxil
olmuş materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə
idarəsində araşdırılıb.

Müəyyən edilib ki, universitetin maddi
məsul şəxsləri tərəfindən təftişlə əhatə olunan dövrdə müəllimlərə
qanunsuz olaraq artıq saxlanılmış qruplar üzrə tədris olunmuş dərs
saatlarına görə, vəzifə maaşlarına əlavələrin düzgün hesablanmamasına
görə, habelə universitetin bir sıra əməkdaşlarına normadan artıq iş
tarifləşdirilərək artıq əmək haqqı ödənildiyinə, habelə təhsil
müəssisəsinin əməkdaşları olmayan şəxslərin adına açılmış əmək haqqı
kartlarına qanunsuz olaraq pul vəsaiti köçürülməklə külli miqdarda
dövlət vəsaiti mənimsəmə və israf etmə yolu ilə talanıb.

Bundan başqa, universitetdə müxtəlif
tədbirlərin keçirilməsi adı altında müvafiq təsdiqedici sənədlər olmadan
kassadan saxta ödəmə cədvəlləri tərtib edilməklə, həmçinin yanacaq
xərclərinə görə külli miqdarda dövlət vəsaiti mənimsənilib.

Faktla bağlı başlanmış cinayət işi üzrə
prorektor Elsevər Həmidzadə və universitetin daha 4 əməkdaşı, həmçinin
Səbuhi Cəfərov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.
İbtidai istintaq və məhkəmə zamanı təqsirləndirilən şəxslərdən yalnız
Səbuhi Cəfərov  barəsində həbs qərarı çıxarılıb.

Cinayət işi başlayandan sonra isə E. Həmidzadə vəzifəsindən azad olunub.

Səbuhi Cəfərov universitetdə işləməyib. O, universitetə kompüter və digər texniki vasitələrin satışını həyata keçirib.

Həmin şəxslər Cinayət Məcəlləsinin
179.3.2-ci (mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə
səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı)
maddələri ilə ittiham edilir. Azərbaycan Dillər Universitetinin
rektoru deputat, Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin
rəhbəri Səməd Seyidovdur.

Short URL: http://www.cumhuriyyet.net/?p=15120

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728