Samir Şərifovun gizli biznesi

10.01.2015 - 01:03

Maliyyə nazirinin bank sahəsində yaratdığı
monopoliya

Maliyyə
naziri Samir Şərifovla bağlı mətbuatda az-az tənqidi fikirlərə rast gəlinir.
Buna səbəb Maliyyə Nazirliyinin (MN) rəhbərinin bəzi media orqanlarını ələ
almasıdır. Belə ki, nazir bəzi qəzet və saytları nəyinsə hesabına şirnikləndirərək
özü haqda mənfi fikirlərin yazılmasına imkan vermir. Apardığımız araşdırmalar
isə göstərir ki, qanunsuzluğun daha çox baş alıb getdiyi qurumlardan biri də məhz
Maliyyə Nazirliyidir.

Qeyd edək
ki, sözügedən nazirlik ölkənin maliyyə siyasətini işləyib hazırlayan və həyata
keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin
layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta
fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və
aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən
istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi
sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra
hakimiyyəti orqanıdır. Geniş səlahiyyətlərə malik olan MN-in rəhbəri Samir Şərifov
vəzifəsinə güvənərək bir sıra qanundan kənar işlərə imza atır.

Onun
biznes fəaliyyəti ilə bağlı demək olar ki, bu günə qədər əhatəli məlumat verilməyib.
Əldə etdiyimiz məlumatlara əsasən, nazirin bank sektorunda çox böyük dayaqları
var. Onun bank sahəsində yaratdığı monopoliya çoxlarının diqqətindən yayınsa
da, cumhuriyyet.az-a bununla bağlı şok bilgilər daxil olub. Redaksiyamıza daxil
olan məlumata görə, В«Ökənin sığorta bazarını ələ keçirməyi qarşısına
məqsəd qoyan maliyyə naziri iki böyük şirkətin sahibidir. Bunlardan biri “AzRe”
adlı təkrar sığorta şirkətidir. İkincisi isə “Qala sığorta”dir ki, bu şirkət də
həyat sığortası ilə məşğuldur. Nazir sahibi olduğu sığorta şirkətləri ilə ölkənin
sığorta biznesinə nəzarət etməklə, həm bu sahədə rəqabəti zəiflədir, həm də
sözügedən sahədə əlavə şəxslər və qurumlar tərəfindən fəaliyyətin həyata
keçirilməməsi üçün təzyiqlər edirВ», deyə məlumatda vurğulanır. Onu da qeyd edək
ki, bir neçə il əvvəl nazirlə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin
(ARDNŞ) prezidenti Rövnəq Abdullayev arasında qarşıdurma baş verib. Səbəb В«QALF
Şirkətlər Qrupu”na daxil olan “Qalf İndastri” MMC-nin Gəncədəki zavodunun fəaliyyətini
dayandırması olub. Maliyyə naziri Samir Şərifova yaxınlığı ilə tanınan şirkət
ARDNŞ prezidenti Rövnəq Abdullayevin israrından sonra bağlanıb. Məlumata görə,
“Qalf İndastri” MMC fəaliyyətinə Gəncə şəhərinin bir neçə mikrorayonunda
Fransanın “Actaris” Şirkətinin istehsal etdiyi smart-kart tipli elektron qaz
sayğaclarının quraşdırılması ilə başlayıb. MMC eyni zamanda həmin abonentlərdən
sərf olunan qaz pulunun yığılması ilə də məşğul olub və layihə uğurlu alınıb.
Zavod “Azəriqaz”ın sifarişləri əsasında fəaliyyət göstərib və müəssisəyə 300
milyon dollardan çox investisiya yatırılıb. MMC-nin qarşısında şərt qoyulub ki,
yalnız diktə olunan şərtlər daxilində sayğac istehsalı ilə məşğul ola bilər. Bu
şərtlər ağır olduğundan zavod fəaliyyətini davam etdirə bilməyib və bağlanma qərarı
verməyə məcbur olub. Zavod fəaliyyətini dayandırandan sonra nazirlə şirkət rəhbəri
arasında uzun müddət qalmaqal davam edib. Hətta Samir Şərifov bununla bağlı ölkə
rəhbərliyini məlumatlandırıb. Lakin zavod yenidən fəaliyyətini bərpa edə bilməyib.
Mötəbər mənbələrdən gələn xəbərlərə görə, nazir həm də tikinti sektoruna böyük
yatırımlar edir. Onun Bakıda bir neçə iri tikinti şirkətinin olduğu qeyd
olunur.

Short URL: http://www.cumhuriyyet.net/?p=15126

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728