Müdirsiz qalan dövlət qurumları

09.01.2015 - 23:21

Hazırda Azərbaycanda bir neçə dövlət qurumu var
ki, orada rəhbər postu boş qalır. Aylardır bu qurumlar rəhbərlərinin
yolunu gözləyir. Bunlardan biri Dövlət Statistika Komitəsidir. Belə ki, komitə sədri Arif Vəliyev ötən il uzun sürən xəstəlikdən
sonra dünyasını dəyişib. İndiyədək onun yerinə təyinat aparılmayıb.
A.Vəliyevin səlahiyyətlərini müavinləri icra edir.
Qeyd edək kiŞ A.Vəliyev 1961-ci ildən 1990-cı ilədək Dövlət Statistika
Komitəsində müxtəlif vəzifələrdə çalışıb. 1992-1993-cü illərdə
Azərbaycan Respublikası Prezidenti Administrasiyasında böyük məsləhətçi
vəzifəsində işləyib. 1993-cü ilin may ayından Azərbaycan Respublikası
Dövlət Statistika Komitəsinin sədri vəzifəsində çalışıb. 2014-cü ilin
yayında xəstəlikdən dünyasını dəyişib. Hazırda komitə sədrini əvəz edən
yoxdur.
Bu günlərdə isə Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) rektoru Siyavuş Qarayev dünyasını dəyişib.
S.Qarayev uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. 1970–1982-ci
illərdə Azərbaycan Neft və Kimya İnstitutunda kiçik, sonra böyük elmi
işçi, elmi-tədqiqat şöbəsinin kimya bölməsinin rəhbəri, “Üzvi kimya”
kafedrasının dosenti və elmi işlər üzrə prorektorun müavini
vəzifələrində çalışıb. 1982-ci ildən indiyədək “Üzvi kimya” kafedrasının
müdiri, 1988 – 1997-ci illərdə kimya-texnologiya fakültəsinin dekanı,
1997-ci ildən vəfat edənə qədər Azərbaycan Dövlət Neft Akademiyasının
rektoru olub.
Vəfat edən Azərbaycan Dövlət Neft Akademiyasının rektoru Siyavuş
Qarayevi hazırda tədris işləri üzrə prorektor Vaqif Qurbanov əvəz edir.
Ötən ilin son sayı Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi
üzrə Milli Agentliyin (ANAMA) baş direktoru Nazim İsmayılov uzun sürən
xəstəlikdən vəfat edib.

N.İsmayılov ANAMA-nın yaradıldığı tarixdən – 1998-ci ildən agentliyin
rəhbəri vəzifəsində çalışıb. O, “Şərəf nişanı ordeni”, “Tərəqqi” medalı,
“Şöhrət” ordeni və “Azərbaycanın Əməkdar Mühəndisi” fəxri adı ilə
təltif olunub. 2001-ci ildən ANAMA-nın direktoru olub. O, Azərbaycanda
milli humanitar minatəmizləmə potensialının yaradılmasında mühüm rol
oynayıb. Hazırda agentlikdə direktor yeri boşdu.
Boş qalan yerlərdən biri də Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələridir. Ötən ilin mart ayının 11-də HDQ-nin komandanı vitse-admiral Şahin
Sultanov vəzifəsindən azad olunub. Daha sonra müdafiə nazirinin əmri ilə
I dərəcəli kapitan Şahin Məmmədov HDQ-nin qərargah rəisi vəzifəsinə
təyin olunub. Ş.Məmmədov 2014-cü ilin mart ayının sonlarında HDQ-nin
qərargah rəisi I dərəcəli kapitan Yunus Məmmədov vəzifəsindən azad
olunduqdan sonra HDQ-nın qərargah rəisi vəzifəsinin icrasını həyata
keçirib. Həmin vaxtdan Ş.Məmmədov həm də HDQ-nın komandanı vəzifəsini
icra edir.
Qeyd edək ki, bir müddət əvvəl Respublika Hərbi Prokurorluğu tərəfindən
HDQ-də yoxlamalar həyata keçirilib. Yoxlamalar zamanı HDQ-də qanun
pozuntuları aşkar edilib. Aşkarlanmış qanun pozuntuları ilə bağlı
Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri
ilə cinayət işi başlanıb və qanunazidd əməlləri törətməkdə təqsirli
bilinən bir neçə nəfər, həmçinin HDQ-nin sabiq komandanı, vitse-admiral
Şahin Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə Respublika
Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı Hərbi Məhkəməsinin qərarı
ilə barələrində həbs-qətimkan tədbiri seçilib.
Ş.Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və
179.3.2-ci (mənimsəmə – külli miqdarda törədildikdə) maddələri ilə
təqsirli bilinib.
Bu günlərdə isə Bakı Hərbi Məhkəməsində Azərbaycan Müdafiə Nazirliyi
Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin
Sultanovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə
əvəz olunası barədə verilən vəsatətə baxılıb. Onun barəsində seçilmiş
həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar
qəbul edilib və o, azadlığa buraxılıb. (azvision.az)

Anar Kəlbiyev

Short URL: http://www.cumhuriyyet.net/?p=15127

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728