2015 – İnfilyasiya və bahalaşma ili

10.01.2015 - 00:00
İnflyasiya
basqısının təsiri güclü şəkildə seçkidən və olimpiadadan sonra özünü
göstərəcək və reallaşacaq

 
2015-ci il özü ilə müxtəlif sahələrdə qiymətlərin artacağı
söz-söhbətini də gətirdi. İqtisadçı ekspertlər bu il bir çox sahələrdə
bahalaşmanın olacağını deyirlər. Bahalaşma artıq bir sıra məhsulların
qiymətində özünü göstərib. Yanvarın 7-də neftin bir barelinin qiyməti 50
dollardan aşağı düşdü. Dünya Bankının son hesabatında qeyd edilir ki,
neftin qiymətinin bir barel üçün 100 dollardan artıq olan dövrü sona
çatıb. 2015-ci il yanacağın qiymətlərinin ucuz olduğu il olacaq, 2016-cı
ildə isə qiymətlər çox az artacaq”. Bu o deməkdir ki, gəlirinin böyük
hissəsini neftdən qazanan ölkələrdə vəziyyət dəyişəcək. Eləcə də
Azərbaycanda. 
İqtisadçı ekspert Natiq Cəfərli
deyir ki, artıq müəyyən sahələrdə bahalaşma müşahidə olunur. Əsasən də
tütün və alkaqollu içkilərin qiymətlərində: “Bundan başqa,
avtomobillərin aksiz vergilərində artımlar olub. Təbii, bu maşınların
qiymətinə də yansıyacaq. Yaxın gələcəkdə biz bunun şahidi olacağıq.
Mənzil vergilərində artım müşahidə olunub. Bu da təbii, evlərin
qiymətinin bahalaşmasına təsir göstərəcək. Eyni zamanda, bu vergi
ödəyiciləri kimi bizim cibimizə təsir edəcək. Düzdür, məbləğlər o qədər
də böyük deyil. Ancaq hər halda artımdır və bunun insanlara təsiri
olacaq”.
“Benzinin də qiyməti bahalaşa bilər”
Natiq
Cəfərli deyir ki, benzinin qiymətində iki qəpiklik aksiz vergisi tətbiq
olunub. Amma hələ ki, bunun satıcılar tərəfindən ödənilməsi və yaxud da
benzinin üzərinə gələcəyi haqqında ortaq bir qərar yoxdur: “Əslində isə
gözlənilən qərarlardan biridir ki, az da olsa benzinin qiymətində
müəyyən artımlar ola bilər. Bundan başqa, əgər Azərbaycanda 2015-ci ildə
neftin qiyməti aşağı səviyyədə qalarsa, çox güman, manatda bir neçə ay
sonra yüngül də olsa devalvasiya müşahidə olunacaq. Əgər belə bir şey
baş verəcəksə ölkəyə gətirilən və xaricdən dollarla, avroyla alınan
məhsulların qiymətlərində də bahalaşma olacaq. Ərzaq məhsullarının
qiymətində artımlar olacaq. Yəni həm dəqiq bilinən, həm də gözlənən
qiymət artımları var. 2015-ci ildə ümumi iqtisadi durumdan və neftin
qiymətindən asılı olaraq qiymət artımlarının olması gözləntiləri var”. 
Bəs banklara qoyulan depozitlər? 
Bundan
başqa, indiyə kimi Azərbaycanda banklardakı əmanətlərə görə vergi
vermirdilər, Milli Məclis dividendləri 500 manatı ötən əmanətləri də
vergiyə cəlb etmək qərarını verdi. Bundan sonra əmanətçi mənfəətin 500
manatdan yuxarı hissəsindən mənfəət vergisi verəcək. İqtisadçı ekspert
Samir Əliyev bizimyol.info-ya bildirib ki, əmanətçilər bununla öz
qazanclarının 10 faizini itirməli olacaq. Söhbət 60 milyon manat
məbləğində vəsaitdən gedir.
Natiq Cəfərli isə düşünmür ki, bu qərar əmanətçilərin kütləvi şəkildə depozitlərini banklardan götürməsinə gətirib çıxaracaq:
“Çünki
Azərbaycanda depozitlərin faiz dərəcəsi olduqca yüksəkdir. Əslində bu
özü bir balaca anormaldır. Çünki Azərbaycanda Mərkəzi Bankın uçot
dərəcəsi cəmi 3,5 faiz olduğu halda, çox yüksək faizlər var. Bu da ümumi
bank sistemində anormallığın olmasına işarədir. Amma ümumi banklarda
faizlərin hələ də yüksək olması və gəlirdən 10 faiz tutulması ay ərzində
cəmi 0,9 faiz civarında təsir göstərəcək. Bu da depozitdən gələn
gəlirdən tutulacaq, depozitin ümumi məbləğindən yox. Ona görə də
düşünmürəm ki, kütləvi şəkildə hər hansı bir geri çəkilmə olsun”. 
“Seçkidən sonra inflyasiyanın təsiri özünü göstərəcək”
İqtisadçı
Azər Mehtiyev isə “Azadlıq” radiosuna deyib ki, neftin qiymətinin
azalmasına görə neft şirkətindən büdcəyə aksizlərdən gələn pul 200
milyon manat azalıb. Hökumət tütünə, arağa, maşına aksizləri
qaldırmaqla, bunun yerini doldurmaq istəyir: “İqtisadi amillər
bu il Azərbaycanda inflyasiya proseslərini qaçılmaz edir. Ancaq bu həm
də asılıdır hökumətin bu proseslərə nə qədər müdaxilə etmək
istəməsindən. Avropa Oyunlarına və seçkiyə qədər çox güman ki, elə bir
bahalanma olmayacaq. Ancaq neftin qiymətləri belə düşməkdə davam edərsə,
yenə də əvvəlki illərin təcrübəsindən demək olar ki, inflyasiya
basqısının təsiri güclü şəkildə seçkidən və olimpiadadan sonra özünü
göstərəcək və reallaşacaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=15130

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728