Hidayət Orucova qarşı ittihamlar sərtləşir

10.01.2015 - 00:52

Qırğızıstanda yaşayan soydaşımız, Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov vasitəsilə
Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov haqqında haqqında inanılmaz ittihamlarla çıxış edərək onu
məhkəməyə verib.
Nüsrət Məmmədov göndərdiyi materialda yazır:

“Hidayət
Orucov yazmışdı ki, mən guya Heydər Əliyev Fondunun vəsiqəsini 70 000
(yetmiş min) dollara satıram. Röya deyilən bir qızı gətirib ondan
Akademiyaya “perevod” olunması üçün 3000 (üç min) dollar pul almışam,
Qənirə Paşayeva gəlməli idi buraya. Biz onun “Ruhum Qarabağdandır” bədii
kompazisiyasını qırğız dilinə tərcümə edib, dublyaj etdirmişdik. Bu
film Şuşanın ermənilər tərəfindən işğal olunmasına həsr olunub. Film
Qənirə xanımın şeirləri əsasında çəkilmişdi. Guya mən kimdənsə 100 (yüz
dollar) alaraq demişəm ki 100 dollar ver, səni Qənirə xanımla
görüşdürüm. Yazır ki, Nüsrətin əlində Heydər Əliyev parkının saxta
sənədləri var. (Park üçün yeri mən almışam. Sənədlər saxta necə ola
bilər?) Yazır ki,  kompitent orqanlara müraciət ediblər, guya Heydər
Əliyev Fondunu bağlayıblar. (doğrudan da Hidayət Orucov Qırğızıstan
ədliyə nazirinə müraciət eləmişdi Heydər Əliyev Fondunun bağlanması
üçün. Onlar da deyiblər ki, fondun bağlanması üçün heç bir əsas yoxdur).
Çox şər -böhtanlardan sonra yazır ki, Türkdilli dövlətlərin siyasətinə
dəstək fondunu bağlasınlar. 
Biz 68 kitab tərcümə edib pulsuz
yayan bir təşkilatıq. 15-ə qədər kitablar Azərbaycanın tarixinə, onun
başına gətirilən bəlalardandır. 2009- cu ildə bizim nəşr etdirdiyimiz
“Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklər tarixi
faktlarla” kitabına görə Ermənistan XİN-i Qırğızıstan XİN-ə etiraz
notası göndərmişdi. Belə bir fondun bağlanmasında Hidayət Orucovun hansı
marağı ola bilər? 
Sonda Hidayət Orucovun göstərdiyi bütün
məlumatlar təsdiqini tapmadı. O məndən nə az, nə çox, düz 5 dəfə MTN-ə
yazıb. Məni 5 dəfə yoxlayıblar. Amma Hidayət Orucovdan soruşan yoxdur
ki, niyə Bişkekin mərkəzi küçəsində Heydər Əliyevin portretini
çıxartdırdı…? (moderator.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=15133

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728