Partiya rəhbəri iki eşşəyə mükafat verdi

10.01.2015 - 01:26

Hindistanlı siyasətçi yaxşı iş və sədaqətinə görə iki eşşəyi mükafatlandırıb. Publika.az xəbər verirki, ölkənin Cənubundakı Banqalor şəhərində müvafiq mərasim vaxtı mükafatı siyasi partiyanın yerli şöbəsinin rəhbəri Vatal Nagaraj təqdim edib. “Mən insanlardan daha sadiq, üzü yola, və intizamlı olan eşşək, it, camış və öküz kimi bütün ev heyvanlarını mükafatlandırmağı qərara almışam”, – siyasətçi, mərasimdə qızılgül ləçəklərilə bəzədilmiş heyvanları nümayiş etdirərkən deyib.
NDTV saytınını yazdığına görə, heyvanların şöhrətləndirilməsinə həsr edilən mərasim şəhərlərarası avtobus vağzalında keçirilib.Nagaraj Hindistanda iş heyvanları kimi istifadə edilən eşşəklərə bir çox hallarda əhəmiyyət verilmədiyini deyib. Tədbirin təşkilatçısı heyvanların “verdiyi töhvələrə görə” hər ay mükafatlandırılacağını bəyan edib.Qeyd edək ki, Nagaraj Hindistanda  mətbuatın diqqətini çəkən qeyri-adi etiraz aksiyaları ilə tanınıb.  Misal üçün 2011-ci ildə yanacağın bahalaşmasına etiraz edən siyasətçi Çamaracanagar şəhərinin mərkəzində camış belində gəzib.

Short URL: http://www.cumhuriyyet.net/?p=15136

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728