Qarbaçovdan şok: “Əsl nüvə müharibəsi olacaq…”

10.01.2015 - 01:34

Rusiya və Avropa ölkələri arasında Ukrayna münaqişəsinə görə yalnız genişmiqyaslı müharibə deyil, nüvə savaşı başlaya bilər. ANS PRESS-in məlumatına görə, bu barədə SSRİ-nin sabiq prezidenti “Der Spiegel” jurnalına müsahibəsində deyib.
Qorbaçov bildirib ki, əvvəl-axır tərəflərin səbri tükənəcək və qorxulu savaş başlayacaq. “Bu müharibə digərlərindən çox fərqlənəcək. Əsl nüvə müharibəsi olacaq”, deyə Qorbaçov bildirib.
Qeyd edək ki, Qorbaçovun Rusiya ilə Avropa ölkələri arasında yeni
müharibənin başlayacağı ilə bağlı birinci xəbərdarlığı deyil. Ötən ilin
əvvəlində Qorbaçov təcili şəkildə sammit keçirilməsini təklif etmişdi.
O, bildirmişdi ki, Ukrayna məsələsi masa üzərində həll olunmasa müharibə
başlayacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=15137

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728