Baş redaktor prezidentdən polisə şikayət etdi

10.01.2015 - 02:05

“Exo Moskvı” (Р­С…Рѕ РњРѕСЃРєРІС‹) radiostansiyasının baş redaktoru Aleksey
Venediktov Çeçenistan lideri Ramzan Kadırovdan hüquq-mühafizə
orqanlarına şikayət edəcəyini bildirib. ANS PRESS-in məlumatına görə, Venediktov bildirib ki, çeçen liderinin
onun və radiostansiyanın ünvanına səsləndirdiyi fikirlər hədə doludur. “Mən Ramzan Kadırov tərəfindən səsləndirilən hədələrə çox ciddi şəkildə
yanaşıram. Ona görə də yaxın günlərdə Rusiya hüquq-mühafizə orqanlarına
müraciət edəcəm”, deyə Venediktov bildirib.
O, Kadırovun ittihamlarını təkzib edib. Baş redaktor bildirib ki, “Exo Moskvı” radiostansiyası antiislam kampaniyası aparmır. Qeyd edək ki, Çeçenistan lideri Ramzan Kadırov “Exo Moskvı”
radiostansiyasının baş redaktoru Aleksey Venediktovu müsəlmanları təhqir
etməyə cəhddə günahlandırıb.
Kadırov bildirib ki, baş redaktorun bu hərəkəti Rusiyada etnik zəmində qarşıdurmalara səbəb ola bilər. “”Exo Moskvı” radiosunun rəhbəri Aleksey Venediktov Peyğəmbərin (s.a.s)
karikaturasının kütləvi informasiya vasitələrində nəşr edilməsinin nə
dərəcədə doğru olub-olmadığı barədə sorğu keçirir. Bu təxribat xarakteri
daşıyır. Sorğu Rusiyada və dünyada yaşayan müsəlmanları təhqir edir,
xaosa və qarşıdurmalara hesablanıb” , – deyə Kadırov İnstagram
səhifəsində yazıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=15140

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728