Azərbaycan insanını kimlər və necə zombiləşdirir?

10.01.2015 - 10:18

Ökədə baş verən serial intihar və qətllərin kökündə dayanan ilginc səbəblər

Ökədə baş verən serial intihar və qətllərin kökündə dayanan ilginc səbəblər

 

Son
günlər cəmiyyətdə amansızlıqla törədilən qətllərin sayı xeyli artıb. Ər
arvadını, qardaş qardaşını… ən qəddar üsulla qətlə yetirir. Keçmiş
yoldaşının evini yandırandan tutmuş, dostunu xırda məbləğ üstündə qanına
qəltan edənə qədər ölkənin kriminal xronikası bu sayaq hadisələrlə
doludur.  Son
olaraq Sahil bağında baş verən qətl hadisəsi. Həyat yoldaşının üstünə
hürən itin sahibini bıçaqla qətlə yetirən Elçin Çobanovun hekayəsi hələ
yaddan çıxmayıb. E.Çobanov istintaqa ilkin ifadəsində də törətdiyi
qətlin məhz bu səbəbdən olduğunu etiraf edib: “İt həyat yoldaşıma hürdü,
sahibinə iti kənara çəkməsini söylədim, insident düşdü, gəzdirdiyim
bıçaqla birini öldürdüm, o birini yaraladım”.

 
Azərbaycanlı
kişilərin yanaşmasına görə, əslində E.Çobanov həyat yoldaşını qorumaqla
düzgün addım atıb. Yəni itini gənc qadınların üstünə hürdürən şəxsə
acıqlanmaq, bu duruma etiraz etmək olar… Amma buna görə qan tökmək,
hansı səbəbdən bilinməz, cibdə bıçaq gəzdirmək… ciddi bir bəladan
xəbər verir. İnsanlarımız aşırı dərəcədə aqressivləşib. Nəqliyyatda
bir-birini az qala öldürməyə hazır sürücülər, mağazada, bankda növbədə
özündən qabaqkının bir neçə saniyəlik ləngiməsinə görə qan tökməyə hazır
azərbaycanlılar ordusu hardan və necə yaranıb? 
Psixoloq
Azad İsazadə hesab edir ki, amansızlıqla törədilən cinayətlərin sayının
artmasının əsas səbəbi cəmiyyətdə aqressivliyin artmasıdır. Təbii ki,
aqressivlik artanda, bu, ailə-məişət məsələlərinə də öz təsirini
göstərir. Aqressivliyin əsas səbəbləri məişət şəraitinin ağır olmasına,
iqtidasi çətinliklər, dünyada gedən proseslər, iqlim dəyişkənliyi və s.
aid etmək olar. 
Baş psixiatr Gəray Gəraybəyli
isə mediaya açıqlamasında bildirib ki, insanların psixi sağlamlığını
pozan səbəblər sırasından ekologiyadan tutmuş, səbirsizlik, vaxt
məhdudiyyəti, stresslər və digər faktorları sadalaya bilərik.  Onun
sözlərinə görə, Yer kürəsində  insanların sayı durmadan artır, bu da
istər makro, istərsə də mikro  problemlər yaradır. Müharibə, münaqişə,
təbii fəlakətlər, şəhərlərdə əhalinin artması, bunun yaratdığı
gərginliklər də psixioloji problemləri yaradan səbəblərdəndir.  Əsəb
yorğunluğunun əsas səbəbi istirahətsiz iş prosesidir”.
Psixiatrın
sözlərinə görə, normal psixika üçün vacib şərtlərdən biri yuxudur. Amma
şəhər mühitində normal yuxu yatmaq mümkün deyil: “Çünki gecə küçədə
olan səs-küy, gündüz saatlarından fərqlənmir. Nəticədə insan 8 saat
yatsa da, dincəlmir. Bu stress də zamanla bədəndə toplanır və psixi
problemlərlə nəticələnir. Münaqişələr, stresslər, daim tələsmək, küy də
insan beynini yorur”.
Daha bir iddia isə
insanlarımızı hər gün dükan-bazardan aldıqları GMO(Genetik Modifikasiya
Olunmuş) məhsullarının aqressivləşdirməsidir. Belə ki, orqanizmə ziyanlı
olması dəfələrlə sübut edilmiş bu məhsulların psixikanı da sıradan
çıxardığı sübut edilib. 
Məsələn, heyvanlar üzərində aparılan
araşdırmalar GMO-ların zərərsiz olmadığını göstərir. Məsələn,
Şotlandiyanın Rowett İnstitutundan Dr. Arpad Pusztainin genetikası
dəyişdirilmiş kartof ilə bəslədiyi siçanların hamısının daxili
orqanlarında kiçilmə, həzm sistemlərində pozğunluq, immunitet
sistemlərində çökmə, qan strukturlarında pozulma meydana gəlib.
Avstriya
Kənd Təsərrüfatı və Səhiyyə Nazirliyinin maliyyəsi ilə Vyana
Universitetinin keçən il apardığı araşdırmada isə GMO-lu qidaların
verildiyi siçanların üç dörd nəsil sonra çoxalma qabiliyyətlərini
itirdikləri aşkarlanıb. Müstəqil araşdırmalara
görə, geni modifikasiya edilmiş məhsulların antibiotiklərə qarşı
müqavimət yaratdığı, allergiya, orqanlarda kiçilmə, qanın biyokimyasında
pozulma,sonsuzluq, ölü doğum nisbətində ciddi artım, gələcək nəsillərdə
boy və çəki əskikliyinə səbəb olduğu aşkarlanıb. 
Bütün
bunlara baxmayaraq, belə məhsulların zərərli olmadığını iddia edənlər
də var. Ancaq, bir çox ölkədə məsələn Fransa, İsveçrə, Tayland, Səudiyyə
Ərəbistanı, Boliviya, Polşa, Macarıstan və Gürcüstanda genetikası
dəyişdirilmiş məhsulların qadağan edilməsi bunların zərərli olduğunu
göstərir. Kənd təsərrüfatı üzrə ekspertlər isə
iddia edir ki, GMO məhsulları insan orqanizmi üçün təhlükə mənbəyi
sayılmır. Belə ki, yəhudilər farel balığını çox sevirlər. Genetik
modifikasiya yolu ilə onlar farel balığının çəkisini qısa müddətdə
artırmağa nail olublar. Yəhudilərin hamısı – uşaqdan-böyüyə qədər bu
balıqdan istifadə edirlər. Nəzərə almaq lazımdır ki, İsrail elmdə,
səhiyyədə kifayət qədər inkişaf etmiş ölkədir.
Azərbaycanda
 istehlak etdiyimiz məhsulların təxminən 90 faizə qədəri heyvan və
bitki tərkibli GMO-dur. İnsan orqanizmi üçün zərərli olan məhsullar
kimyəvi maddələrin tətbiqi nəticəsində istehsal edilən məhsullardır. Bu
gün fermer yüksək məhsul əldə etmək üçün daha çox mineral gübrədən
istifadə edir, bu isə öz növbəsində əldə olunan məhsulda orqanizm üçün
zərərli olan toksik maddənin miqdarını artırır. Fermerlər bu prosesi
qaydasında idarə etməkdə acizdir. Süni yaradılmış gübrələrdən ideal
şəkildə istifadə edərək prosesi normal idarə etmək çox çətindir. Bitki
süni yolla yaradılmış mineral maddələri daha çox mənimsəyir, havalar çox
isti keçən zaman və gecələr fotosintez prosesi dayandıqda, qeyri-üzvi
maddələrin üzvi maddələrə çevrilməsi prosesi dayanır. Nəticədə bitkidə
və onun meyvəsində toplanan mineral maddələr toksik maddələrə çevrilir. Toksik maddələrin isə insan beyninə mənfi təsiri elm tərəfindən sübuta yetirilib. (musavat.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=15144

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728