Mobil operatorların “qara mühasibatlığı”

10.01.2015 - 10:48

Ay ərzində bir abunəçinin təxminən yeddi manatlıq mobil rabitə xidmətindən istifadə etməsinin pərdəarxası

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə,  2014-cü ilin 11
ayı ərzində informasiya və rabitə sektorunda təsərrüfat subyektlərinə
və əhaliyə 1,5 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə
nisbətən müqayisəli qiymətlərlə 14,2% çox xidmət göstərilib. Məlumatda
qeyd olunur ki, xidmətlərdən əldə olunmuş gəlirlərin 57,2%-i mobil
telefon rabitəsinin payına düşüb və ötən ilin eyni dövrü ilə müqayisədə
bu xidmətlərin həcmi 7,3% artaraq 836,3 milyon manat təşkil edib.

İqtisadçı Nemət Əliyev hesab edir ki, Dövlət
Statistika Komitəsinin açıqladığı rəqəmlərə bir çox hallarda istinad
etmək doğru olmur. Buna səbəb Dövlət Statistika Komitəsinin əksər
hallarda real məzmundan uzaq rəqəmlər açıqlamasıdır: “Məsələn, Rabitə və
Yüksək Texnalogiyalar Nazirliyi məlumat yayıb ki, ölkədəki mobil
nömrələrin sayı on milyon yüz iyirmi beş min nəfərdən çoxdur. Bu rəqəmi
götürərək onun üzərində hesablamalar aparsaq, elan olunan səkkiz yüz
otuz altı milyon manatı o abunəçilər arasında bölsək, ay ərzində bir
abunəçi təxminən yeddi manata yaxın mobil rabitə xidmətindən istifadə
edib. Xüsusilə mobil telfonlarda internetden istifadə olunduğu bir
dövrdə bu rəqəm real görünmür. Cəmiyyətdəki müəyyən bir kəsimin danışıq
səviyyəsini, xüsusilə iş adamlarını nəzərə alanda açığı bu orta rəqəm o
qədər də inandırıcı görünmür. Ona görə bu göstəricini yeddi manatın bir
qədər üstündə götürsək o zaman illik istifadə olunan mobil rabitə haqqı
bir milyardın üzərində dayanacaq”.

N.Əliyevin fikrincə, ölkə iqtisadiyyatında kök salmış “qara
mühasibatlıq” təəssüf ki, bu sahədən də yan keçməyib. N.Əliyev hesab
edir ki, realıqda statistikadan 20-30 faiz gizlədilib. N.Əliyev onu da vurğuladı ki, ölkə üzrə əhalinin 2014-cü il üçün pul
gəlirləri 33.6 milyard təşkil edib. Bu isə o deməkdir ki, əhali ötən il
ərzində gəlirlərinin 2.5 faizini rabitə xidmətlərinə xərcləyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=15146

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728