Fransanı ayağa qaldıran terrorçudan şok etiraf

10.01.2015 - 12:35

Amedi Kulibali: “Onlar “Charlie Hebdo”ya cavabdeh idilər, mən isə polislərə”

Supermarketdə
iyirmi nəfərədək insanı girov götürən fransalı terrorçu Amedi Kulibali
ölümündən qabaq İŞİD-in üzvü olduğunu etiraf edib. 
ANS
PRESS-in məlumatına görə, terrorçu zərərsizləşdirilməmişdən əvvəl
jurnalistlərə önəmli açıqlamalar verib. O, “Charlie Hebdo” redaksiyasına
silahlı basqın edərək 12 nəfəri qətlə yetirən Kuaşi qardaşları ilə
nəinki tanış olduğunu, hətta öz hərəkətlərini onlarla əlaqələndirdiyini
bildirib.
BFM TV əməkdaşları xüsusi xidmət
qrupunun əməliyyatına yarım saat qalmış cinayətkarla telefon əlaqəsi
yaratmağa müvəffəq olublar. Kulibali reportyorlara açıqlamasında deyib
ki, onun Fransadasakı fəaliyyətini amerikalı radikal imam Ənvər
əl-Əvlaki maliyyələşdirib. Adıçəkilən imam son illərini Yəməndə yaşayıb.
ABŞ 2010-cu ildə əl-Əvlakini bir nömrəli terrorçu elan etmişdi, bir
ildən sonra isə “əl-Qaidə” silahlılarının Yəmən hökuməti ilə
qarşıdurmasında həlak olmuşdu. 
Amedi Kulibaki
Səid və Şərif Kuaşi qardaşları ilə əlaqələri barədə konkret bunları
söyləyib: “Onlar “Charlie Hebdo”ya cavabdeh idilər, mən isə polislərə”.
Jurnalistlər
qeyd edirlər ki, iki dəqiqə davam edən dialoq müddətindən terrorçu çox
sakit olub və bu danışığa əvvəlcədən hazırlaşmış kimi bütün suallara
cavab verib.
Qaradərili fransız, 32 yaşlı Amedi
Kulibaki dünən – 9 yanvarda Parisdə supermarketdə insanları girov
götürərək Kuaşi qardaaşlarının azadlığını tələb edib. Əməliyyat zamanı
terrorçu öldürüldü. Lakin o, zərərsizləşdirilənə qədər 3 girovu
öldürməyə fürsət tapmışdı.

Short URL: http://www.cumhuriyyet.net/?p=15153

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728