Gömrükçülər ötən il nə qədər qaçaq mal tutublar?
tərəfindən 2014-cü ildə həyata keçirilmiş kompleks tədbirlər,
əməliyyat-axtarış fəaliyyəti və gömrük nəzarəti nəticəsində 10811
hüquqpozma faktı aşkar edilib.
Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən “APA-Economics”ə verilən
məlumata görə, bu faktlardan 424-ü cinayət xarakterli faktlar olub və
həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər cinayət
predmetlərinin dəyəri 2 mln. 577 min 813 manatdan çox təşkil edib. Bu
əməllərin törədilməsində şübhəli bilinən 473 nəfərin (375 Azərbaycan
vətəndaşı, 98 xarici) barəsində müvafiq tədbirlər görülüb.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının
qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair
2013-2018-ci illər üçün Dövlət ProqВramı”nın icrasını təmin etmək və
gömrük sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq
məqsədilə gömrük orqanları tərəfindən görülmüş qətiyyətli tədbirlər
nəticəsində 2014-cü il ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə
əlaqədar 158 fakt aşkar olunub.
ümumilikdə 178 kq 369 qramdan çox narkotik vasitə və psixotrop maddə, o
cümlədən 35 kq 926 qram tiryək, 27 kq 037 qram marixuana, 38 kq 454
qram həşiş, 76 kq 669 qram heroin, 56,9 qram metadon, 221,4 qram
metamfetamin, 10 konvalyut diazepam, 30 ədəd alprazolam, 1,4 qram
fenobarbital, 110 flakon və 10 konvalyut klonazepam, 20 konvalyut
xlordiaВzepoksid və digər maddələr qanunsuz dövriyyədən çıxarılıb.
qanunsuz dövriyyəsində şübhəli bilinən 185 nəfər (159 nəfər kişi, 26
nəfər qadın) barəsində müvafiq tədbirlər görülüb.
il ərzində kinoloqlar tərəfindən narkotik axtarışı üzrə xidməti itlərin
tətbiqi nəticəsində 16 fakt üzrə ümumilikdə 7 kq 249 qram narkotik
vasitə, o cümlədən 5 kq 590 qram tiryək, 64 qram heroin, 20 qram həşiş,
1 kq qurudulmuş marixuana, 215 qram metaВdon məhlulu aşkar olunub.
Hesabat ilində Kinoloji Mərkəz tərəfindən narkotik axtarışı üzrə 18 it
əldə olunaraq təlimləndirilib, beynəlxalq əməkdaşlıq çərçivəsində Toqo
və Monqolustan gömrük xidmətlərinin hər birinə iki baş xidməti axtarış
iti verilib.
orqanları tərəfindən aşkar olunmuş 10387 gömrük qaydaları əleyhinə
inzibati xəta faktları üzrə 287 hüquqi şəxs (o cümlədən 144 xarici
hüquqi şəxs) və 10 089 fiziki şəxs (o cümlədən 6218 xarici) inzibati
məsuliyyətə cəlb edilib, göstərilən şəxslərə qarşı 1 mln. 206 min 651
manat cərimə tətbiq olunmaqla, dəyəri 228 min 933 manat olan mallar
müsadirə edilib.
inzibati xətalar əsasən malların və nəqliyyat vasitələrinin vaxtında
çatdırılmaması, gömrük sərhədindən gömrük nəzarətindən gizli və kənar
keçirilВməsi, bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi, onların
müvəqqəti idxal müddətlərinin pozulması ilə əlaqədar olub.
tənzimi haqqında” qanuna və digər qanunvericilik aktlarına əsasən,
gömrük orqanları valyuta və valyuta sərvətlərinin Azərbaycan
Respublikasının gömrük sərhədindən keçirilməsi üzərində nəzarəti həyata
keçirərkən qanunvericiliyin tələblərini pozan şəxslərdən 514 500 ABŞ
dolları, 72 100 avro, 630 000 rus rublu, 730,6 qram qızıl, 130 ədəd
qızıl zinət əşyaları, 62 kq 429 qram gümüş aşkar olunub.
ilində həmçinin 127 ədəd bədii, tarixi, arxeoloji əhəmiyyət kəsb edən
əşya, 1 910 000 ədəddən çox petarda və digər pirotexnika məhsulları, 38
ədəd elektroşoker, 12 ədəd odlu silah patronu, 2 ədəd ov silahı, 64 ədəd
ov silahlarının sursat və ləvazimatВları, 8 ədəd qaz silahı və 57 ədəd
qaz silahı üçün patron, 27 ədəd pnevmatik silah və 2398 ədəd pnevmatik
silah üçün sursat, 4 kq 600 qram civə, 772 ədəd soyuq silah, 979 ədəd
televizor, 1643 ədəd məişət texnikası, 1054 ədəd mobil telefon və 2183
ədəd telefon aksesuarları, xeyli miqdarda dərman vasitəВləri, baytarlıq
və bitki dərmanları, 4 kq-dan çox qara kürü, 9470 ədəd parfümeriya və
kosmetika ləvazimatları və digər mallar tutulub.
dövründə gömrük orqanları tərəfindən alkoqollu içkilərin, etil
(yeyinti) spirtinin və tütün məmulatlarının idxalı zamanı vergidən
yayınma və aksiz markalarının tətbiqi qaydalarının pozulması hallarının
qarşısının alınması üçün qəti tədbirlər görülmüş, aksiz markasız və ya
digər qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilən 12 076 476
ədəd xaricdə istehsal olunan siqaret, 1152 litr və 5792 ədəd spirtli
içki, o cümlədən 525000 ədəd digər ölkələrin aksiz markaları və 4 top
saxta aksiz markaları saxlanılıb.
konrtafakt və saxta malların qaçaqmalçılığına qarşı tədbirlər
gücləndirilib, 3 fakt üzrə hüquqpozВmanın predmeti kimi götürülmüş 12,5
kq kiflənmiş yağ məmulatı, 500 qram balıq kürüsü, 16 kq kiflənmiş
pendir, 9 kq sosiska, 32 kq kolbasa, 24,3 kq kolbasa məmulatları, 68
ədəd müxtəlif markalı molbil telefonlar keyfiyyətsiz, istehsal və son
müddəti başa çatdığından kontrafakt (saxta) mallar qismində
sənədləşdirilərək qanunvericiliyə uyğun qanunsuz dövriyyədən çıxarılıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=15155