İbadətlə məşğul olan tanınmış simaların Paris terroruna münasibətləri…
Dünya hələ də baş vermiş dəhşətli hadisənin təsirindədir
terror hadisəsinin təsirindədir. “Charlie Hebdo” jurnalının Paris
redaksiyasına olunan hücum nəticəsində 13 nəfər öldürülüb, 7 nəfər ağır
yaralanıb. Hadisə nəticəsində jurnalın baş redaktoru Stefan Şarbonyeni
də həyatını itirib.
açıqlama yayıb. Bunlar Həmid Murad, Səid və Şərif Kuaşi qardaşlarıdır.
Terrorçular hadisədən sonra bağıraraq qaçarkən “Allahu Əkbər!”,
“Peyğəmbərin təhqir olunmasının qisasını alacağıq!” kimi ifadələr
işlədiblər.
və təhlil tipli məsxərələrinə görə əvvəllər də bir sıra ziddiyyətlərə
səbəb olub. Bu jurnal 2011-ci ildə Məhəmməd peyğəmbərin karikaturasını
dərc etdikdən sonra yandırıcı bomba hücumuna məruz qalmışdı. Bütün
bunlar jurnalın müsəlman din xadimlərini ələ salacaq yazılar və
karikaturlar dərc etdiyinə görə terrora məruz qalması versiyasını
gücləndirir.
çıxardığını söylədi: “Baş vermiş hadisədə iki məsələ ortaya çıxdı.
Birinci odur ki, Avropada İslamfobiyanı gücləndirmək üçün bu cür terror
hadisələrinin baş verə biləcəyi proqnozlaşdırılırdı. Bu onu deməyə əsas
verir ki, istənilən Avropa ölkəsində İslam mənsubiyyəti olan insanlara,
onların ibadət formalarına qarşı təzyiqlərin artırılması üçün
qanunvericilikdə müəyyən addımlar atılacaq. Bu isə mədəniyyətlər arası
münasibətlərin gərginləşməsinə səbəb olacaq. Avropada nə qədər zorakılıq
düşünürlərsə, bu qarşılıqlı effekt verir. Bu baxımdan gözlənilən hadisə
idi. Buna çalışan qüvvələr kifayət qədər çoxdur. İkinci məsələ
müsəlmanlarla bağlıdır. Karikatura məsələsi dəfələrlə dünyada sərt
reaksiyalara səbəb olub. Bu müsəlman davranışıdır? Peyğəmbərimizin özünə
qarşı dəfələrlə belə sərt addımlar atılıb. Təhqir olunub, döyülüb,
əziyyət verilib. Amma onun özü belə bir vəziyyətdə hansı addımı atıb?
Atdığı addımlar ortadadır. Kimsədən qisas almayıb. Belə bir vəziyyətdə
Peyğəmbər yolu gedən adamların terror addımı atması bunu ortaya çıxarır
ki, o insanlar Peyğəmbər yolu getmirlər. Bu qüvvələr müsəlmanlığı doğru
anlamayıblar. Müsəlmanlığı Peyğəmbərin dediyi kimi yox, öz liderlərinin
dediyi kimi dərk ediblər. Bu çox narahatedici problemdir. İstənilən
halda müsəlmanları bu yola sövq etmək mümkündür”.

çəkəcəyini qeyd etdi: “Ona görə də, sadaladığım iki ehtimalı əldə əsas
tutmaq lazımdır. Heç bir halda haqq qazandırmaq olmaz. Başqa ölkələrdə
terrorçular uşaqları belə öldürürlər. Pakistanı misal göstərmək olar.
Nigeriyada günahsız insanlar öldürülür. Belə məsələlərə hesab edirəm ki,
tam fərqli baxmaq lazımdır. Bu məsələdən ibrət götürmək lazımdır.
Gələcəkdə bu cür bəhanələrin verilməməsi üçün”.

cür terrora qarşı olduğunu bildirdi: “Terror vaxtı günahsız insanlar
ölür. Bir insana görə bir bina partladılırsa, günahsız insanlar
həyatlarını itirirlərsə, bundan böyük cinayət tanımıram. Zorakılıqla heç
bir məsələni həll etmək olmaz. Redaksiyaya qarşı törədilmiş terror
aktını qəbul etmirəm. Orada ölən insanlar üçün təəssüf hiss keçirirəm.
Arzu edirəm ki, gələcəkdə belə hallar heç zaman olmasın. Bəşəri dəyərlər
var. O dəyərlərin bir hissəsi Fransada yaranıb. İnsanlar öz dini
əqidələrində sərbəst olmalıdırlar. Hər bir insanın öz müqəddəsi var.
Eyni zamanda hər bir insan digər dinlərə də hörmət etməlidir. Hansısa
din xadimini aşağılayan jurnal rəhbərinin öz dinini sevdiyinə inanmıram.
Nəticədə belə faciəvi hallar meydana çıxır. Çox təəssüf edirəm ki, belə
hadisələrdən ibrət götürmək əvəzinə bəzi jurnallar yenidən Məhəmməd
Peyğəmbər və digər din xadimlərinin karikaturalarını veriblər. Əgər
terrorçu deyir ki, Məhəmməd Peyğəmbərlə bağlı karikatura görə bu
hadisəni törətmişəm, yenə qınanmalıdır. Bu hadisəni törədənlərin dini
yoxdur. Onlar Suriyada vuruşmuş, muzdlu xidmət etmiş , tapşırıq almış
şəxslərdir. Terrorun İslama heç zaman aidiyyatı olmayıb. Dünyanın bütün
din xadimləri terrora qarşı birləşməlidir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=15159