Mağazalarda saxta qızıllar satılır

10.01.2015 - 13:12

Saxta damğalar vurulması müəyyənləşdirilib
Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara
Nəzarət Dövlət Xidməti tərəfindən 2014-cü ildə sahibkarlar tərəfindən
edilmiş müraciətlərə əsasən 150 xüsusi razılıq (lisenziya) verilib.
Bu barədə nazirlikdən verilən məlumata görə, onlardan 14-ü qiymətli
metalların və qiymətli daşların emalı və istifadəsi, 135-i dövriyyəsi,
1-i istehsalı və 14-ü xüsusi razılığın (lisenziyanın) surətini təşkil
edib, 13 lisenziyanın fəaliyyəti dayandırılıb, 6 lisenziya ləğv edilib,
78,6 min manat məbləğində dövlət rüsumu ödənilib. Dövlət Xidməti
tərəfindən В«Qiymətli metallar və qiymətli daşlar haqqındaВ» Qanununun
tələblərinə əməl edilməsinə riayət edilməsi məqsədilə 2014-cü ildə 15
sahibkarlıq fəaliyyəti subyektində В«Sahibkarlıq sahəsində aparılan
yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi
haqqındaВ» Qanuna əsasən yoxlama aparılıb.
Aparılan yoxlamalar nəticəsində sahibkarlıq subyektlərindən
ekspertiza, analiz, əyarlanma və damğalanma məqsədilə 2014-cü ildə 5816
ədəd məmulatın Dövlət Xidmətinə gətirilməsi təmin edilib. Onların
üzərində mənşəyi məlum olmayan ad və əyar damğa izləri aşkar edilib, bu
izlər təmizlənib və məmulat müvafiq əyarlara uyğun dövlət əyar damğası
ilə damğalanıb. Yol verilmiş nöqsanlarla əlaqədar qanun pozuntusu aşkar
edilmiş sahibkarlar barədə inzibati xətalar üzrə inzibati tənbehin
tətbiq edilməsi haqqında qərar çıxarılıb və ümumilikdə 18 min manat
məbləğində inzibati cərimə ödənilib.
Dövlət Xidmətinə ekspertiza, analiz, əyarlanma və damğalanmaq üçün daxil
olmuş qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət
məmulatlarına görə 2014-cü ildə 1 milyon 217 min manat dövlət rüsumu
ödənilib. Ümumilikdə Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət
Dövlət Xidməti tərəfindən 2014-cü il ərzində 1,3 milyon manat vəsaitinin
dövlət büdcəsinə ödənilməsi təmin edilib.
 

Short URL: http://www.cumhuriyyet.net/?p=15161

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930