Nyu York polisi cümə xütbəsinə qatıldı

10.01.2015 - 15:29

Nyu Yorkdakı Əyyub Sultan məscidində cümə xütbəsinə bir qrup şəhər polisi də qatılıb. Polisləri xütbəyə Bruklində Nyu York Polisi Toplum Sorumlusu Kənan Taşkent dəvət edib. Xütbəyə qatılanlar Bruklinin 61-ci polis bölməsinin 10 nəfər əməkdaşı olub. Həm türkcə, həm də ingiliscə oxunan xütbədə Parisdəki terror olayına toxunulub. İmam İlyaz Gönen bu terroru müsəlmanların da pislədiyini bildirib.

İmam qeyd edib ki, bu hadisə əslində İslama və müsəlmanalara qarşı yönəlib. “Bu hərəkəti İslamla əlaqələndirməyə yönələn hər açıqlama ən azı onun özü qədər təhrikedici və mənfi nəticələr doğuracaq xüsusdadır. Bu düşüncənin tələsinə düşməmək üçün həm müsəlman qardaşlarımız, həm də insaf sahibi olan bütün qərb xalqları həssaslıq göstərməlidirlər”, – deyə İmam xütbəsində bildirib.

Əksəriyyəti ilk dəfədir məsciddə olan amerikalı polislərdən Jak Şnayder “Müsəlmanları tanıdıqca, əndişələrimiz azalır. Onların bu cür dəvətləri və bizim ziyarətimiz çox böyük önəm daşıyır” deyə açıqlama verib.

Xütbədən sonra polislərə namaz və başqa müsəlman ibadətləri haqqında məlumat verilib

Short URL: http://www.cumhuriyyet.net/?p=15163

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930