Mədət Quliyevin sistemi kütləvi etiraz yaradır

10.01.2015 - 16:45
Məhkum ailələri Prezident Adminstarsiyası önündə aksiya keçirdi

 
Məhkum ailələri Prezident Adminstarsiyası önündə aksiya keçirdi
 
14 saylı Cəzaçəkmə Müəssisəsindən Vərəmli Məhkumlar üçün Müalicə Müəssisəsinə (“Tubzon”)köçürülən məhkumların ailələri Prezident Adminstrasiyası önündə aksiya köçürüblər. Əllərində uzərində “Məhbus qohumlarımızla bizə görüşə icazə verin!” “İşgəncələrə son qoyun!” yazılmış lövhələr, məhkumların fotoları olan aksiyaçılar sonradan qəbulu getdilər. 
Bundan əvvəl isə onlar “Tubzon”da olaraq məhkum yaxınları ilə görüş tələb ediblər. Hazırda orada saxlanılan məhkum Araz Quliyevin anası musavat.com-a deyib ki, heç bir səbəb göstərmədən oğlu ilə bu gün də görüşə icazə verməyiblər: “Prezident Adminstarsiyasından əvvəl Binədə “Tubzon”da olduq. Bu gün 15-ci gündür ki, oğlumu və başqa məhkumları ora köçürüblər. 
Hər gün “Tubzon”un qabağına gedib uşaqlarımızla görüşmək istəyirik. Onlarla bizə görüş vermirlər. Mənim oğlum vərəm deyil. Bu gün 5 dəqiqəlik telefonla danışığımıza icazə verdilər. Arazın danışığından başa düşdüm ki, onun vəziyyəti yaxşı deyil. Oğlumu görmək istəyirəm. Bizə övladlarımızla görüşə icazə versinlər”.
Məhkum ailələri övladlarının taleyinin Elşad Babayevlə eyni olacağından narahatdırlar. Buna görə də Prezident Adminstarsiyasına gəliblər. Yada salaq ki, 14 saylı Cəzaçəkmə Müəssisəsində məhkum Elşad Babayevin öldürülməsi məhkumların kütləvi etirazına səbəb olub. Ötən il dekabrın 22-də baş verən bu olaydan 4 gün sonra müəssisəyə xüsusi təyinatlılar yeridilib, məhkumlar kütləvi şəkildə döyülüb, zorakılığa məruz qalıblar. Onlardan 11 nəfərin sağlıq durumu, niyə görə “Tubzon”a köçürülmələri haqda məlumat verilmir. Ümumilikdə “Tubzon”a 50-dən artıq məhkumun köçürülməsi haqda məlumat var.(musavat.com)
 

Short URL: http://www.cumhuriyyet.net/?p=15167

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728