Paris olayının qəhramanının ölümündən əvvəl son müsahibəsi


Şərif Kuaşi: Uzun zaman oldu, o öldürülmədən öncə…
Müxbir: Tamam. Bu o deməkdir ki, Fransaya yeni qayıtmısan, eləmi?
Kuaşi: Xeyir, xeyli vaxtdır Fransadayam. Onu da bilin ki, Fransa Xarici Kəşfiyyat İdarəsinin necə işlədiyini çox yaxşı bilirik. Bir sözlə, hər şeyi tam götür-qoy edib hazırlamışıq.
Müxbir: Tamam. İndi sadəcə iki nəfərsiniz, sən və qardaşın?
Kuaşi: Bunun sənə dəxli yoxdur…
Müxbir: Tamam. Allah yolunda yenə öldürəcəksinizmi?
Kuaşi: Kimləri?
Müxbir: Bilmirəm, bunu səndən soruşuram.
Kuaşi: İki gündür bizi axtarırsınız, heç mülkü vətəndaş öldürdükmü?
Müxbir: Jurnalistləri öldürdünüz.
Kuaşi: Xeyir, adi insanı, sadə vətəndaşı deyirəm. İnsanları öldürdükmü? İki gündür axtarırsınız, bu müddət ərzində sadəcə qan tökmək üçün, səbəbsiz yerə kimisə öldürdükmü?
Müxbir: …. Bu gün səhər kimisə öldürdünüz?
Kuaşi: Biz qatil deyilik, Hz. Muhammedi müdafiə edirik. Qadınları, günahsız insanları öldürmərik. Peyğəmbəri müdafiə edirik. Kimsə onu təhqir etsə onu öldürərik. Amma qadın, uşaq öldürmərik, biz sizin kimi deyikik. Siz İraqda, Suriyada, Əfqanıstanda müsəlman uşaqları öldürdünüz. Biz belə deyilik. İslamda şərəf deyilən bir şey var, biz sizin kimi deyilik.
Müxbir: Amma siz intiqamınızı aldınız, 12 adamı öldürdünüz…
Kuaşi: Əlbəttə! Çünki intiqamımızı aldıq. Eynən sənin dediyin kimi intiqamımızı aldıq. Hə sən belə dedin, intiqamımızı aldıq.
Fransız müxbirin Şərif Kuaşi ilə telefon danışığının (fransızca) audio yazısını da cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq.
Short URL: http://www.cumhuriyyet.net/?p=15168