Qadın turist Disneylendi partlatmaqla hədələdi
ANS PRESS-in məlumatına görə, 30 yaşlı bir turist qadın Disneylenddə özünü partladacağını deyib.
Hadisə şahidləri bildirir ki, qadın özünü partladacağı haqda mehmanxananın pəncərəsindən qışqırıb.
Turist həmçinin deyib ki, o, bir neçə gün əvvəl Parisdə marketlərdən
birində xüsusi təyinatlı qüvvələrin əməliyyatı nəticəsində öldürülən
Amedi Kulibalinin silahdaşıdır.
Hadisə “Sequoia Lodge” mehmanxanasında olub. Oteldə hər kəs təxliyyə edilib.
Polis 30 yaşlı turisti saxlaya bilib. Məlum olub ki, qadının üzərində
heç bir partlayıcı maddə yoxdur. İndi qadın “yanlış informasiyanın
yayılması” ilə ittiham edilərək bazar ertəsi məhkəmə qarşısına
çıxarılacaq. Onu iki il azadlıqdan məhrum edilmə və ya 30 min avro
cərimə gözləyir.
Short URL: http://www.cumhuriyyet.net/?p=15177