Rəis oğlu alimi döyüb bu kökə saldı
AMEA Folklor İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə
doktoru, Bakı şəhər Nərimanov rayonu Ağa Nemətulla 49 B, mənzil 12-də
kirayədə yaşayan Əpoş Vəliyevi döyənlər hələ ki, tapılmayıb.
döyən şəxs Bakı şəhər Baş Polis İdarəsinin Cinayət axtarış şöbəsinin
rəisi, polis polkovniki Əlaslan Qaçay oğlu Ağayevin oğludur:
işçi, filologiya üzrə fəlsəfə doktoruyam. Hazırda Bakı şəhəri, Nərimanov
rayonu Ağa Nemətulla 49B, mənzil 12-də kirayədə yaşayıram.
ağır xəsarətlər yetiriblər. Bədənimin müxtəlif nahiyyələrində çoxsaylı
xəsarətlər yaranıb. Mənə xəsarət yetirən şəxs bizdən bir mərtəbə
yuxarıda, Nərimanov rayonu, Ağa Nemətulla 49B, mənzil 13-də yaşayır. 102
xidmətinə zəng edərək şikayət etmişəm. Məlum olub ki, mənə xəsarət
yetirən şəxs Bakı şəhər Baş Polis İdarəsinin Cinayət axtarış şöbəsinin
rəisi, polis polkovniki Əlaslan Qaçay oğlu Ağayevin oğludur. Əlaslan
Ağayev şikayət edəcəyim təqdirdə evimə narkotika atdıraraq məni gecə ilə
evdən götürüb başıma oyun açaraq, yox etdirəcəyi ilə hədələdi”.
da, Ə.Ağayev onları hədələyir. Biz artıq neçə gündür ki, qohumların
evinə sığınmışıq. Hadisə mənim 9 aylıq hamilə həyat yoldaşımın gözü
qarşısında baş verdiyi üçün o, çox güclü qorxu və stress keçirdir.
Səhhətində olduqca təhlükəli və ciddi problemlər yaranıb. Mənim və
yaxınlarımın həyatı təhlükə altındadır. 102 xidmətinə 4 dəfə, 152
xidmətinə 1 dəfə zəng etməyimə baxmayaraq, hadisədən 9 gün keçsə də
hüqüq mühafizə orqanları mənim və ailəmin təhlükəsizliyi üçün heç bir
tədbir görməyib”.
onun istintaq işi ilə məşğul olan təhqiqatçının da vəzifəsindən
uzaqlaşdırıldığını bildirib:
1-dən 5-ə kimi işləməyib. Yanvarın 5-də ekspertizadan keçsəm də, rəy
muxtəlif bəhanələrlə gecikdirilir. Mən SN-nin MTE və PAB-in Nərimanov
rayon şöbəsinə gedəndə Nərimanov RPİ-nin17-ci polis bölməsinin
təhqiqatçısı polis kapitanı Zaur Quliyevin oraya məndən əvvəl gəldiyini
görmüşəm. Mənim hadisəmi araşdıran bu şəxs öz vəzifəsindən
uzaqlaşdırılıb və Bakı şəhər Baş Polis İdarəsinə təyin edilib. Mənə
qarşı edilən bu ədalətsizliyə biganə qalmamağınızı mediadan xahiş
edirəm”.


Short URL: http://www.cumhuriyyet.net/?p=15179