Şok iddia: “Türkiyə və Azərbaycanı qara günlər gözləyir”

11.01.2015 - 01:04

Suriyada Bəşər Əsəd qüvvələrinə qarşı döyüşən azərbaycanlılar bu ölkəyə Türkiyə sərhədindən gedirlər. Azərbaycanlılar
da daxil olmaqla Suriyadakı “cihad”a qatılan radikal dindar
qruplaşmalar Yaxın Şərq regionu, o cümlədən Azərbaycan və Türkiyə üçün
potensial terror mənbəyi olaraq qalır. Rəsmi Ankara Suriya üsyançılarına
dəstək versə də, hər halda ekstremistlərin Türkiyə və bölgə üçün
təhlükə yaratdığını anlayır.  
Mövzu barədə modern.az saytına
danışan Türkiyənin ana müxalifəti olan Cümhuriyyət Xalq Partiyası (CHP)
 başqanının beynəlxalq məsələlər üzrə müavini, millət vəkili Faruk
Loğoğlu deyib ki, rəsmi Ankaranın Suriya siyasəti region üçün əlavə
 qarşıdurmalara gətirib çıxaracaq. Türkiyə
parlamentinin deputatının fikrincə, hakim Ədalət və İnkişaf Partiyasının
(AKP) Suriya ilə bağlı atdığı addımlar bölgə ölkələrinə yeni təhdid
yaradır. Faruk Loğoğlunun sözlərinə görə “İslam dövləti” (əvvəlki adı
İraq Şam İslam Dövləti – İŞİD) kimi terror təşkilatları məhz Türkiyənin
apardığı siyasət nəticəsində güclənib.
“Türkiyənin
Suriyadakı müxaliflərə dəstəyi olduqca bəsit və yanlış siyasət
olduğundan terrorçulara yardım edirdi. Türkiyə hökuməti elə başa düşürdü
ki, Bəşər Əsədə qarşı döyüşən hər bir qruplaşma dəstəyə layiqdir.
Nəticədə isə İŞİD  kimi terrorçu qruplaşma regionda güclənməyə
başladı”,-deyə o bildirib.  
CHP rəsmisi hesab
edir ki, Türkiyənin başqa ölkənin daxili işlərinə qarışmağa, Suriya
lideri Bəşər Əsədin devrilməsində iştirak etməyə haqqı yoxdur. O,
azərbaycanlıların Türkiyə vasitəsi ilə Suriyaya gedərək orda
döyüşməsini, bunun region üçün yaratdığı təhdidi,  Parisdə törədilən
məlum terror aktını belə şərh edib:  
“Türkiyə
sərhədlərindən Azərbaycan, Avropa vətəndaşları Suriyaya gedərək orda
döyüşürlər. Türkiyənin özündən də xeyli sayda insan Bəşər Əsədə qarşı
savaşmaq üçün Suriyaya yollanır. Bütün bu amillər onu göstərir ki,
Türkiyə və Azərbaycan başda olmaqla, region dövlətlərini qara günlər
gözləyir. Çünki Suriyadakı ekstremistlər öz ölkələrinə qayıtdıqdan sonra
terror fəaliyyətlərinə davam edəcəklər. Fransadakı törədilən terror
aktı da yeni ekstremist dalğanın digər dövlətlərə də sıçrayacağına
işarədir. İŞİD tərkibində döyüşənlərin perspektiv planı vətəndaşı olduğu
ölkələrdə şəriət dövləti qurmaqdır”.  
Türkiyə və
Azərbaycanın birlikdə terror təhlükəsinə qarşı atacağı addımlardan söz
açan Faruk Loğoğlu düşünür ki, bu, iki dövlət arasındakı münasibətləri
də aşan məsələdir. “Türkiyə və Azərbaycanın birgə görə biləcəyi işlər
var. Birinci olaraq, Türkiyə hökuməti azərbaycanlıların Suriyaya
getməsini əngəlləməlidir. Digər tərəfdən, hər iki dövlət terrorçuların
geriyə, öz ölkələrinə döndükdən sonra onların fəaliyyətini nəzərətə
almalıdır.
 
Problemin qarşısının alınması üçün
Türkiyə və Azərbaycan arasında danışıqlar intensivləşməlidir. Lakin belə
bir şeyin yaxın gələcəkdə reallaşmasına inanmıram. Çünki Türkiyə
hökumətinin Suriya siyasəti buna imkan verməyəcək”,-deyə Faruk Loğoğlu
söyləyib.    

Short URL: http://www.cumhuriyyet.net/?p=15183

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728