Bakıda polis rəisinin oğlu alimi qanına qəltan etdi

11.01.2015 - 01:12

AMEA Folklor İnstitutunun
elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Bakı şəhər Nərimanov
rayonu Ağa Nemətulla 49 B, mənzil 12-də kirayədə yaşayan Əpoş Vəliyevi
döyənlər hələ ki, tapılmayıb. Axar.az-a daxil olan
şikayət məktubunda gənc alim bildirir ki, onu döyən şəxs Bakı şəhər Baş
Polis İdarəsinin Cinayət axtarış şöbəsinin rəisi, polis polkovniki
Əlaslan Qaçay oğlu Ağayevin oğludur:
“Mən AMEA
Gənc Alimlər Şurasının üzvü, AMEA Folklor İnstitutunda elmi işçi,
filologiya üzrə fəlsəfə doktoruyam. Hazırda Bakı şəhəri, Nərimanov
rayonu Ağa Nemətulla 49B, mənzil 12-də kirayədə yaşayıram.
01
yanvar 2015-ci il tarixdə yaşadığım binanın girişində məni döyüb ağır
xəsarətlər yetiriblər. Bədənimin müxtəlif nahiyyələrində çoxsaylı
xəsarətlər yaranıb. Mənə xəsarət yetirən şəxs bizdən bir mərtəbə
yuxarıda, Nərimanov rayonu, Ağa Nemətulla 49B, mənzil 13-də yaşayır. 102
xidmətinə zəng edərək şikayət etmişəm. Məlum olub ki, mənə xəsarət
yetirən şəxs Bakı şəhər Baş Polis İdarəsinin Cinayət axtarış şöbəsinin
rəisi, polis polkovniki Əlaslan Qaçay oğlu Ağayevin oğludur. Əlaslan
Ağayev şikayət edəcəyim təqdirdə evimə narkotika atdıraraq məni gecə ilə
evdən götürüb başıma oyun açaraq, yox etdirəcəyi ilə hədələdi”. 
Ə.Vəliyevin söğzlərinə görə, oğlunun törətdiyi cinayəti ört-basdır edən Ə.Ağayev istintaqa müdaxilə edir: “O,
istintaqın gedişatına mane olur. Mətbuat bu məsələni işıqlandırsa da,
Ə.Ağayev onları hədələyir. Biz artıq neçə gündür ki, qohumların evinə
sığınmışıq. Hadisə mənim 9 aylıq hamilə həyat yoldaşımın gözü qarşısında
baş verdiyi üçün o, çox güclü qorxu və stress keçirdir. Səhhətində
olduqca təhlükəli və ciddi problemlər yaranıb. Mənim və yaxınlarımın
həyatı təhlükə altındadır. 102 xidmətinə 4 dəfə, 152 xidmətinə 1 dəfə
zəng etməyimə baxmayaraq, hadisədən 9 gün keçsə də hüqüq mühafizə
orqanları mənim və ailəmin təhlükəsizliyi üçün heç bir tədbir görməyib”.
Tibbi
ekspertiza nəticələrinin qəsdən gecikdirildiyini deyən Ə.Vəliyev onun
istintaq işi ilə məşğul olan təhqiqatçının da vəzifəsindən
uzaqlaşdırıldığını bildirib: “Səhiyyə Nazirliyinin
MTE və PAB-in Nərimanov rayon şöbəsi yanvarın 1-dən 5-ə kimi işləməyib.
Yanvarın 5-də ekspertizadan keçsəm də, rəy muxtəlif bəhanələrlə
gecikdirilir. Mən SN-nin MTE və PAB-in Nərimanov rayon şöbəsinə gedəndə
Nərimanov RPİ-nin17-ci polis bölməsinin təhqiqatçısı polis kapitanı Zaur
Quliyevin oraya məndən əvvəl gəldiyini görmüşəm. Mənim hadisəmi
araşdıran bu şəxs öz vəzifəsindən uzaqlaşdırılıb və Bakı şəhər Baş Polis
İdarəsinə təyin edilib. Mənə qarşı edilən bu ədalətsizliyə biganə
qalmamağınızı mediadan xahiş edirəm”.

Short URL: http://www.cumhuriyyet.net/?p=15184

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930