Azərbaycanın ilk baş nazirinin ailə dramı
ideoloqu, Azərbaycan Xalq Cümhuriyyətində iki dönəm baş nazir vəzifəsini
yerinə yetirən Nəsib bəy Yusifbəylinin həyat və fəaliyyəti təəssüf ki,
geniş tədqiqatdan kənardadır.
həyat tərzi keçirən, Odessada hüquq təhsilini yarımcıq buraxıb Türkiyədə
və Azərbaycanda hürriyyət savaşına qatılan Nəsib bəyin ailə hekayəti də
kifayət qədər maraq doğurur.
39 il ömür sürən Nəsib bəyin İsmayıl Qaspıralı kimi böyük şəxsiyyətin
qızı Şəfiqə xanımla evliliyi, ailəsi və övladlarının taleyi sanki bir
savaşla üz-üzə qalıb.
yarımçıq təhsilini Xarkovda davam etdirən Nəsib bəy Yusifbəyli 1907-ci
ildə Baxçasaraya gəlir və Rusiya müsəlmanlarının milli oyanışı üçün
böyük maarifçilik missiyasını həyata keçirən İsmayıl bəy Qaspıralının
“Tərcüman” qəzetində calışır. İsmayıl Qaspıralı ilə aralarında ata-bala
münasibəti yaranır.
sevgisini də elə burada – “Tərcüman” qəzeti redaksiyasında tapır.
İsmayıl Qaspıralının qızı Şəfiqə xanımla tanış olur və aralarında böyük
sevgi yaşanır. Nəriman Nərimanov da Şəfiqə xanıma evlənmək təklif edir.
Lakin Şəfiqə xanım Nəsib bəyi seçir.
bəyin bu evlilikdən Zöhrə və Niyazi adlı iki övladı dünyaya gəlir. Çox
keçmir ki, səbəbi indiyə qədər sirr olan bir ailə ixtilafı üzündən Nəsib
bəylə Şəfiqə xanım ayrılır.
başqa bir xanımla ailə qursa da Şəfiqə xanım Qaspıralı ömrünün
sonunadək Nəsib bəyə və övladlarına sadiq qalır, ailə həyatı qurmur.
bəy Qaspıralı da qızının ayrılmasına baxmayaraq Nəsib bəyə böyük hörmət
bəsləyir. 1914-cü ildə İ.Qaspıralı ömrünün sonunu duyub Nəsib bəyi
Baxçasaraya cağırır və vəsiyyətini də ona söyləyir.
ildə Azərbaycan Xalq Cümhuriyyətini qurulduqdan sonra Nəsib bəy
ailəsini Bakıya gətirir. Heç iki il tamam olmur ki, Azərbaycanın
bolşevikləşməsindən dolayı ailə yeni bir faciə ilə üz-üzə qalır.
N.Yusifbəyli 1920-ci ilin mayında Gürcüstana keçmək istərkən Kürdəmirdə
bolşevik xəfiyyələri tərəfindən qətlə yetirilir.
aprel faciəsinin arxasınca baş nazir Nəsib bəy Yusifbəylinin
qəlbağrıdan ailə dramı başlayır. 1992-ci ildə İstanbula Xalq
Cümhuriyyəti liderlərinin taleyini araşdırmağa yollanan jurnalist Xanlar
Bayramov Nəsib bəyin qızı Zöhrə xanımla görüşür və bəzi məlumatlarla
vətənə dönür.
Aprelin 27-də Nəsib bəy pərişan halda rus millətindən olan sürücüsü
Mitya ilə evə gəldi. Həyəcanla bildirdi ki, fəna bir zaman başladı. Hər
yerdə tuthatutdu. Sonra cibindəki pulun bir hissəsini stolun üstünə
qoyaraq bizimlə vidalaşdı. “Özünüzü qoruyun” – deyərək dərhal qapıdan
çıxaraq hansısa istiqamətə getdi.
neçə gün sonra baş nazirin ailəsi filarmoniya ilə üzbəüz binadakı
mənzillərindən bayıra atılır. Şəfiqə xanım Qaspıralı və iki övladı
xeyirxah insanların köməyi ilə şəhərin kənarında kiçik bir daxmada
yaşayır.

il də belə gəlib keçir. Türkiyənin Bakı konsulu Məmduh Şövkət bəy Nəsib
bəy Yusifbəylinin ailəsinin ağır durumundan xəbər tutur. Gizlincə
Şəfiqə xanımın yanına adam göndərir. Saxta sənədlər düzəldərək onları
Türkiyəyə keçirir. Zöhrə xanım, Niyazi və Şəfiqə xanım çətinliklə
Batumdan kiçik bir gəmi ilə Trabzona keçə bilirlər.
bəy Nəsib bəyin ailəsinə böyük hörmətlə yanaşır və onları İstanbula
gətirir. Şəfiqə xanım İstanbulda Qaspıralı nəslinin nüfuzlu
nümayəndələrinin köməyi ilə ayaqda durmağı bacarır.
bəyin övladlarını taleyi bax beləcə savaşlardan keçir. Qızı Zöhrə
cümhuriyyətin Avropaya ali təhsil almaq üçün göndərdiyi 100 tələbədən
biri olan Mirzə bəy Hacızadə ilə ailə qurur. M.Hacızadə Almaniyada Kənd
Təsərrüfatı İnstitutunu bitirir, seleksiya sahəsi üzrə çox məşhur alim
olur. Bolşevik istilasından sonra Azərbaycana dönmür, ömrünün sonunadək
İstanbulda yaşayır. M.Hacızadə sonra Göygöl soyadını götürür.
calışır. Niyazi Yusifbəylinin mühacirətdəki fəaliyyəti demək olar ki,
böyük bir araşdırmanın tədqiqatın mövzusudur.
ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulandan bir il sonra atasının
təkidindən və yazışmalarından dolayı anası və bacısı Zöhrə ilə birgə
Azərbaycana dönüb. N.Yusifbəyli “Mücahid” dərgisinin 1957-ci il may
buraxılışında “1920-ci ilin apreli və bir xatirə” yazısında qeyd edir
ki, aprel çevrilişini Bakıda Ağayevlərin (Əhməd bəy Ağayevi nəzərdə
tutur) evində eşidiblər. Evə dönərək təcili yır-yığış edib, atasının
“baş vəkalət” maşınına axırıncı dəfə minərək dəmir yolu vağzalına
yollanıblar.
Gəncəyə apardığı zamanı çəkdikləri əziyyəti xatırlayan Niyazi bəy atası
Nəsib bəy Yusifbəylini “əziz böyüyümüz” deyə anır.
qətl xəbəri İstanbula köçən Şəfiqə xanım Qaspıralıya gec çatır. Maddi
sıxıntı içində iki övladı ilə tənha yaşayan Şəfiqə xanım bir müddət
İstanbulda “Hilali-əhmər” cəmiyyətində çalışır.
nəşr olunan “Şəfiqə Qaspıralı və Rusiyada qadın hərəkatı (1893-1920)”
kitabında verilən bilgilərə görə, Nəsib bəydən ayrı yaşamasına
baxmayaraq Şəfiqə xanım öz ilk sevgisinə ömrünün sonunadək sadiq qalıb.
bəyin yoxluğundan sarsıntı keçirən Şəfiqə xanımın gündəliyindəki qeyd
olduqca ibrətamizdir: “Nəsib, hardasan? Suda, ya torpaqdasan? Heç nə
bilmirəm. Harda olursan ol, ətrafın nurla dolsun. Səni çox sevirəm”.
Cümhuriyyəti lideri N.Yusifbəylini qətlə yetirənlər yanlış
informasiyalar yaymaqla məşğul olurlar. İz azdırmaq üçün guya
N.Yusifbəylinin ac-susuz İstanbulda, sərgərdan gəzdiyi şayiəsini ortaya
atırlar. Şəfiqə xanım isə övladlarının atası barədə həqiqətləri
öyrənməyə çalışır. İstanbulda təsadüfən Nəsib bəyin sürücüsü ilə
qarşılaşır, onu sorğu-suala çəkir və qətlin təfərrüatını öyrənir.
N.Yusifbəyli Yevlaxda dostu cümhuriyyət parlamentinin üzvü Qarxunlu
Əşrəf bəyin evindən ayrılıb Gürcüstana keçmək istəyərkən Kürdəmir
ətrafında bolşevik xəfiyyələri tərəfindən qətlə yetirilir. Sürücü yaralı
halda qaçmağa macal tapır.
tərəfindən deyil, Nəsib bəyin öz əqidədaşı, Qarxunlu Əşrəf tərəfindən
tamah məqsədilə törədildiyi xəbəri yayılır. Bolşevik xəfiyyələri
tərəfindən uydurulan bu şayiə günümüzədək gəlib çıxır və Nəsib bəyin
qətlinin öz əqidədaşı tərəfindən həyata keçirildiyi bəzi
tədqiqatçıların, o cümlədən Mövsüm Əliyevin yazılarında əks olunub.
Tarixi araşdırıcı Şəmistan Nəzirli uzun tədqiqatdan sonra, həqiqəti
ortaya çıxarır. Qətlin Qarxunlu Əşrəf bəy tərəfindən törədilmədiyi
ortaya çıxır.
çətin şəraitdə yaşayan Niyazi Yusifbəyli atasının qətlə yetirildiyi
Kürdəmiri çox sonralar özünə soyad seçir.
barədə Niyazi bəyin qızı, Ankarada hüquq məsləhətxanasında vəkil
işləyən Şaika Qaspıralı Kürdəmir Ankara Türk Ocaqları təşkilatının
konfransında məlumat verir: “Babam Nəsib bəy Yusifbəyli Məhəmməd
Əmin Rəsulzadə ilə birgə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusudur.
Atam Niyazi bəy babamızın qətlə yetirildiyi Kürdəmiri özünə soyad seçib.
Biz də bu soyadı daşıyırıq”.
liseyindən sonra Niyazi Yusifbəyli İstanbul universitenin dil, tarix və
coğrafiya fakültəsində təhsilini davam etdirib. Bir müddət müxtəlif
təhsil ocaqlarında müəllimlik edib.
aldığı illərdə Azərbaycan mühacirlərinin sırasına qatılan Niyazi bəy
M.Ə.Rəsulzadənin ideya müəllifi olduğu Azərbaycan Gənclər Birliyində və
Azəri-Türk Tələbələr birliyində ictimai-siyasi fəaliyyətə başlayıb.
Publisistik fəaliyyətə də elə bu dönəmlər başlayıb.

illərdən sonra mühacirətdə olan liderlər arasında fikir ixtilafı
yaranır və Müsavat Partiyasına qarşı müxalifət formalaşır. Niyazi
Yusifbəyli də müxaliflərin cərgəsinə qatılaraq qatı millətçi mövqeyə
keçir. Nağı bəy Şeyxzamanlının, Şəfi bəy Rüstəmbəylinin, Sadiq Aranın,
İsgəndər xan Xoyskinin, Əhməd Ulusoyun, Çingiz Göygölün, Mehmet
Altunbayın formalaşdırdıqları Turançı, Türkçü Azərbaycan cəmiyyət və
dərnəkləri, mətbu yayım orqanları liberal dünyagörüşlü təşkilatlara qatı
müxalifət mövqeyində dayanırlar.
ildə Azərbaycan Kültür Dərnəyinə paralel olaraq Azərbaycan
Milliyyətçilər Dərnəyi qurulur və Niyazi Kürdəmir Yusifbəyli də bu
təşkilatın idarə heyətinə qatılır. Dərnəyin “qurucu üyeləri” sırasında
Həsən bəy Zərdabinin oğlu Səffət Zərdabi də var. Təşkilatın Ədliyyə
Nazirliyində qeydiyyatdan keçən nizamnaməsində əsas qurucular barəsində
verilən məlumatda bəlli olur ki, Niyazi Kürdəmir Yusifbəyli müəllimdir,
Ankaranın İşıqlar küçəsi Arıklı apartmanında qeydiyyatdadır.
Millətçilər Dərnəyinə Çingiz Göygöl rəhbərlik edir və az sonra
təşkilatın mətbu orqanı “Türk izi” dərgisinin nəşrinə icazə alınır.
Yusifbəyli siyasi-publisistik fəaliyyətə “Türk izi” dərgisi ilə
başlayır. 1952-ci ilin mayında dərginin ilk sayı işıq üzü görür. Baş
məqalədə dərginin ideya-siyasi istiqaməti barədə ətraflı məlumat verilir
və konkret tələblər səsləndirilir: “Azərbaycan davasını şəxsi
mənfəətlərinə alət edən professional sehirbazları və onlara kor-koranə
itaət edən qapıqullarının təsvirə sığmayan hərəkətlərini qəbul
etmədiyimizi və bunlarla münasibətdə olmadığımızı açıqlamaq istəyirik”.
müxalifətçi və millətçi mövqeyi ilə seçilən “Türk izi”nin ilk sayında
Niyazi bəy Kürdəmir imzasıyla “Azərbaycan və mühacirətlər” məqaləsini
çap etdirib. Azərbaycanın ən qədim dövrünə nəzər yetirən müəllif elmi
tədqiqat mahiyyəti daşıyan bu məqalədə yetərincə tarixi biliyə sahib
olduğunu, xalqımızın soykökünə bələdliyini ortaya qoyur.
öncə 655-ci ildə saqa türklərinin Şimali Qafqazda yaşayan kimmerləri
təqib edərək Azərbaycana gəlməsi və saqaların Kür boyunca Gəncə
vilayətinin qərbində yerləşdiyini yazan N.Yusifbəyli Azərbaycanı öz türk
soyundan ayırmaq istəyənlərə tutarlı faktlarla cavab verir: “Son
zamanlar ortaya atılan və qulaqlara doldurulmağa başlayan Türk Albaniya
tezisi nədənsə Azərbaycan Türkünə Alban damğası vurmaq istəyi daşıyır.
Bunun səbəbi bir çoxları üçün məlum olmasa da, bizcə bu “orjinal tezis”
maddi düşüncələr səbəbindən ortaya atılıb”.
tarixşünaslarından A.P.Laister və G.F.Çursindən misallar gətirən
N.Yusifbəyli yazır: “Azərbaycan türkləri müxtəlif türk boylarından
təşəkkül edib. Bu boylar çox əski dövrlərdən etibarən
Məvareyi-Qafqaziyanın şimal və cənubunu istila edərək çeşidli bölgələrdə
yerləşib. Son böyük axınlar XI və XIII əsrlər arasında olub. Səlcuq
boylarının bəzi qolları Azərbaycana gələrək hakimiyyətini təşkil
etdikləri kimi XIII əsrdə də Hülakü xanın iradəsi ilə Orta Asiyada
yaşayan 150 min türk ailəsi Azərbaycana yerləşdirilib”.
və türkçü baxışlara sahib olan N.Yusifbəylinin bu düşüncələrini tək
onun tarixi dərindən mənimsəməsində deyil, soykökündən, genindən doğduğu
da diqqətdən yayınmamalıdır.
əlimizdə olan “Türk izi” dərgisinin ilk sayı Niyazi bəyin anası Şəfiqə
xanıma hədiyyə etdiyi nüsxədir. Avtoqrafında Niyazi bəy yazır: “Ən dərin sevgilərimlə anama. N.Kürdəmir. 29.5.1952”
izi”nin iyun-iyul aylarını əhatə edən ikinci sayında N.Yusifbəyli ilə
yanaşı Həsən bəy Zərdabinin oğlu Səffət Zərdabinin də məqaləsi dərc
edilib. Türkiyədə mühacirət ömrü yaşamağa məcbur olan Niyazi bəylə
Səffət Zərdabi əqidə və məslək dostları idi. Hər ikisi həm “Türk izi”,
həm də “Mücahid” dərgisində uzun müddət birgə çalışıb, yorulmadan
Azərbaycanın istiqlalının bərpası uğrunda mübarizə aparıblar.
ikinci sayında N.Yusifbəyli bu günümüz üçün də aktual olan “Erməni və
gürcü ittihadı”na toxunur, Qafqaz Konfederasiyası ideyası tərəfdarlarına
bu ittihadın qorxulu və təhlükəli tərəflərini təqdim edir.
ildə Parisdə ermənilərin “Daşnaksütyun”, gürcülərin “Menşevik”
partiyalarının yayımladığı bəyannaməyə diqqət yönəldən müəllif yazısına
qısa giriş verərək bəyannaməni çap edir və sonra öz təhlillərini ortaya
qoyur.
müraciət edən hər iki partiya təmsilçiləri bu iki xalqı eyni irqin,
tarixi birliyin, mədəniyyətin daşıyıcıları olduğunu vurğulayır və yazır: “Əsrlərlə yan-yana yaşayan erməni və gürcülər heç bir zaman bir-biri
ilə hərb etmədilər. Bunların ittihadına o qədər böyük əhəmiyyət verildi
ki, erməni və gürcülər arasında oğlan uşaqlarının dəyişdirilməsi adət
oldu. Bu sürətlə bunlar ana südü ilə əski qardaşlıq bağları
qüvvətləndirildi. Gürcü və erməni tarixçiləri kraliça Tamara dövründə
əldə etdiyi parlaq nəticələri bilirlər. O zaman erməni və gürcü
qüvvətləri Ermənistanın və Gürcüstanın mərhəmətsiz səlcuq ordularından
qurtardı”.
yazılan bəyannamənin digər bəndləri də Cənubi Qafqazın əzəli və əbədi
sakinləri olan Azərbaycan türklərinə qarşı çevrildiyindən Qafqaz
Konfederasiyası ideyasının mümkünsüzlüyü Niyazi bəyin qənaətlərindən
biri idi. Müəllifin yanaşması bu cürdür: “Türkiyə əleyhinə olan hər
hansı bir ideya, əməl Azərbaycana qarşıdır və buna yol vermək olmaz”.
məqalənin yekununu maraqlı bir fikirlə tamamlayır: “Dörd odalıq bir evə
bənzədilən konfederasiya fikri 30 ildən bəri heç bir halda qapanmadı.
Uzun zaman içində “tikintisi bitməyən” inşaat çökməyə məhkumdur. Bizdən
yalnız söyləmək qalır”.
müddət sonra – 1955-ci ildən etibarən Niyazi Kürdəmiri Yusifbəyli
imzası ilə mühacirətdəki ziyalıların ərsəyə gətirdikləri “Mücahid”
dərgisində görürük. Təsisçisi Çingiz Göygöl, nəşriyyat müdiri Səffət
Zərdabinin rəhbərliyi ilə oxuculara çatdırılan və “qızıl təhlükəyə qarşı
yürüdülən hürriyyət və istiqlal mücadiləsinə qatılan” dərgi rus
işğalına məruz qalan türk ellərinin mühacirətdə birliyini qorumaqda
böyük rol oynadı. Dərginin ilk sayı 1955-ci ilin iyulunda işıq üzü
gördü.
tarixində böyük rol oynayan Zəki Vəlidi Toğanın, Peyma Safanın,
A.Avaroğlunun, Ç.Göygölün, M.Altunbayın, Teymur Atəşlinin, Səffət
Zərdabinin məqaləsi ilə yanaşı Niyazi Yusifbəylinin də kifayət qədər
maraq doğuran yazıları, mühacirətdəki ziyalıların birliyi ətrafındakı
düşüncələri əks olunub.
istiqlalının bərpası yolunda əngəl olan siyasi iddiaların bir kənara
qoyulmasını önə çəkən N.Yusifbəyli “Yaxınlaşma ətrafında” sərlövhəli
məqaləsində yazır: “Bu günə qədər bir çox ömürsüz təşkilatlar
quruldu, fəqət bunların heç biri ehtiyaca tam cavab vermədi. Bu nədən
belə oldu? Cavabı möhtərəm oxucu aşağıdakı sətirlərdə özü tapacaqdır.
Ortada bir dava var. Bu dava məmləkətimizin quruluş davasıdır, bunu hər
bir vətəndaş mənimsəmiş və bu yolda əlindən gələni etməyə çalışmışdır.
Halbuki bu milli məsələlərimizə aid mövzu olduğundan, bu məsələdə
əlaqəli çevrələrə müraciət etdikdə, bu xüsusda belə bir cavabla
qarşı-qarşıya qalırdı: “Davanın sahibi vardır”. Bu lazımsız və qısa
cümlə bütün birləşmə imkanlarını alt-üst edirdi. Hal-hazırda müştərək
davamız ortadadır. O müxtəlif qruplar tərəfindən yürüdülməkdədir. Bu
qruplar da eyni qayə ilə çalışmaqdadır. Bu davanı bərabər aparmaq üçün
hamımızın müştərək əməli olmalıdır”.
baxmayaraq içərilərindən mərkəz seçmələri və bu mərkəzə seçilənlərin də
rahat çalışmaları təmin olunmalıdır”.
toxunduğu problem, azərbaycanlı mühacirlər arasında 1950-ci ildən sonra
yarandı. Parisdə, Amerikada, Almaniyada, Türkiyədə və dünyanın müxtəlif
ölkələrində ayrı-ayrı qruplar formasında fəaliyyət göstərən Azərbaycan
təşkilatlarının birləşməsi və vahid cinahdan mübarizə aparmaları müşkülə
çevrildi. Amerikada, Avropanın bir çox ölkələrində Azərbaycanın
müstəqilliyinin bərpası üçün çalışan mühacirlər birliyin yaranmamasında
istiqlal savaşının ideoloqu M.Ə.Rəsulzadə suçlu hesab olunurdu.
ittiham edənlərin gətirdikləri arqumentlər o qədər də əsaslı deyildi.
Ən azından ona görə ki, Rəsulzadə Moskvadan ayrılıb 1923-cü ildə
Türkiyəyə gələnədək Azərbaycan mühacirləri pərakəndə fəaliyyət
göstərirdi, əllərində heç bir mətbu orqan yox idi.
mühacirət mətbuatımızda, o cümlədən “Türk izi” və “Mücahid”
dərgilərində M.Ə.Rəsulzadəyə qarşı haqsız hücumların şahidi oluruq.
Parisdə yayımlanan “Azərbaycan” dərgisində çap edilən məqalədən kiçik
bir sitat dərc etməklə mühacirətdəki liderlərin qarşıdurmasının
mahiyyətinə varmaq mümkündür.
dövrü tarixinin tədqiqi zaman isə Rəsulzadənin 1950-ci ildən sonra niyə
azərbaycanlıların birlik məsələsində sərt, barışmaz mövqe tutduğunu
aydınlaşdırmaq mümkündür. Bu dövrdə bolşevik təhlükəsinə qarşı
mübarizəyə rəhbərlik edən Amerika Rusiyada yaşayan qeyri-millətlərin bir
araya gəlməsini və vahid ideoloji cəbhədə birləşməsini məqbul hesab
edir, mühacir liderləri bir araya gətirməyə çalışırdı. Amerikanın
SSRİ-ni çökdürmək üçün qurduğu bu qurumda vaxtilə Rusiyada müvəqqəti
hökumətə rəhbərlik edən Kerenski, bütün bir diviziyanı almanlara əsr
edən Vlasov və qeyriləri mühacirətdəki qeyri-millətlərin təmsilçilərinə
Rusiyanın daxilində özünüidarəetmə təklif edirdilər.
da bir növ bu ideyanı məqbul hesab edirdi. Qeyri-millətlərin Rusiya
daxilində özünüidarəetmə imkanlarının verilməsini M.Ə.Rəsulzadə qəbul
etmir, hər millətin istiqlalını, o cümlədən Azərbaycan Xalq
Cümhuriyyətinin sərhədləri daxilində bərpasını tələb edirdi. Məhz buna
görə Rəsulzadə Amerikanın bu planında yer almadı və bəzi qurumlar
tərəfindən tənqidlərə məruz qaldı. Amerikanın siyasətinə loyal yanaşan
“Mücahid” və “Türk izi” dərgisi də bəzən açıq-aydın olmasa da sətiraltı
M.Ə.Rəsulzadəni tənqid edirdi.
ad çəkmədən yazdığı “Yaxınlaşma ətrafında” məqaləsi də bu mövzuya həsr
olunmuşdu. Məqalənin sonunda müəllif yazır: “Qüvvət birlikdədir, Don Kixotçuluğu buraxmaq lazımdır”.
digər saylarında dərc etdiyi analitik təhlillərdə N.Yusifbəylinin
beynəlxalq münasibətlər sahəsində xüsusi bilik və bacarığını da müşahidə
edirik. “Yaxın Şərqdə gözlənən təhlükə” məqalədə Rusiyanın Misirə hakim
olmaq yolunda apardığı siyasət təhlil edilir, baş verəcək hadisələrə
baxış sərgilənir. Qeyd edilir ki, Rusiyanın “Qızıl siyasəti”nin əsas
məqsədi öz hərbi gücünü Süveyş kanalında yerləşdirməklə Misirə hakim
olmaqdır. Rusiyanın ərəb dövlətlərinə “hədiyyə” adı altında silah
verilməsi də bu siyasətin nəticəsidir.
geniş siyasi təhlilə çəkdiyi bu məqalə “Mücahid”in 4-cü sayında işıq
üzü görüb. Dərginin növbəti – 5-ci sayında da N.Yusifbəyli yenə də
Rusiya faktoruna toxunub və qırmızı imperiyanın doğuşu ətrafında öz
mülahizə və təhlillərini oxuculara çatdırıb.
istiqlalının bərpası uğrunda yorulmadan çalışan, bu yöndə fəaliyyət
göstərən bir çox təşkilatlarda aparıcı simalardan olan, atası Nəsib bəy
Yusifbəyli kimi liderlik keyfiyyətlərinə sahib Niyazi bəy Yusifbəyli
Türkiyənin idman həyatında da fəallıq göstərib. 1950-ci illərdən
başlayaraq N.Yusifbəyli Türkiyə Bədən Tərbiyəsi Komitəsində beynəlxalq
əlaqələr şöbəsinə rəhbərlik edib.
fransız dillərini mükəmməl bilən Niyazi bəy Türkiyə idmançılarının
beynəlxalq idman yarışlarında iştirakını təmin edib, onların uğur
qazanmasına köməkliyini əsirgəməyib. Niyazi Yusifbəyli Kürdəmirin
Türkiyənin idmanın inkişafında xidmətləri bu gün də unudulmur, bir çox
idmançılar bu Azərbaycan mücahidi barədə xoş xatirələrini dilə
gətirirlər.
dekabrın 28-də Ankaradakı evində ürək tutmasından dünyasını dəyişib. Bu
acı xəbər Türkiyənin “Hürriyet” və “Milliyet” qəzetlərində çap edilib,
Azərbaycan mühacirlərinə vətənsevər türk xalqına başsağlığı verilib.
N.Yusifbəyli Kürdəmir Ankara məzarlığında dəfn olunub.
Kürdəmirin iki övladı var. Şahika Qaspıralı Kürdəmir Ankara kollecini
bitirdikdən sonra Ankara Dövlət Universitetinin hüquq fakültəsində
təhsilini davam etdirib. Türkiyənin bir neçə bankın hüquq müvəkkili
olub. Hazırda təqaüddədir. Ailə qurmayıb.
adını daşıyan Nəsib bəy isə 1945-ci ildə doğulub. Ali iqtisadi təhsil
alıb. Müxtəlif sahələrdə çalışıb. 1988-ci ildə ailə qurub. İzmirdə
əczaxanada çalışır. Övladı yoxdur.
Azərbaycanın müstəqilliyinə qurban verən Nəsib bəy Yusifbəylinin qısaca
olaraq ailə dramı bu kiçik hekayətlərdən ibarətdir. /Virtualaz.org/
Short URL: http://www.cumhuriyyet.net/?p=15188