Paris terroruna dəstək verildi: “Təhqir jurnalistika deyil”

11.01.2015 - 11:11

İnternetdə ingilis dilli “Əl-Cəzirə” telekanalının redaktoru və icraçı direktor arasında yazışma yayılıb.
ANS
PRESS-in məlumatına görə, yazışmaya əsasən belə məlum olur ki, dünya
şöhrətli telekanal əməkdaşları Fransada hücum edən və girov götürən
terroçuları dəstəkləyir.
“Heç terror aktını “azad söz”ə hücum kimi qiymətləndirmək olar? Burada “azad söz” hanı?”- deyə kanalın icraçı direktoru yazıb.
“Söz
azadlığını. sizi sıxışdıranda müdafiə etmək ayrıdır, lakin bu hüquqdan
təhqir etmək üçün istifadə etmək tam ayrıdır”- deyə o əlavə edib.
“Mən Şarli deyiləm. Jurnalistlika cinayət deyil, təhqir jurnalistika deyil”- deyə icraçı direktor deyib.
Qeyd olunur ki, telekanal rəsmi olaraq “Mən Şarliyəm” şüarını dəstəkləyir.
Bütün
dünyada jurnalı dəstəkləyən yürüşlər keçib. Tvitter istifadəçiləri
#JeSuisCharlie (Mən-Şarliyəm) haştaqı 5 milyondan çox istifadə olunub.
Xatırladaq
ki, Şarli-Hebdot satirik jurnalı İslam peyğəmbəri (s.) Həzrəti İsa və
digər dini xadimlər barədə karikaturalar dərc edirdi. Bir çox
karikaturalar İslam cəmiyyəti tərəfindən peyğəmbərə təhqir kimi
qiymətləndirilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=15191

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930