Azərbaycanda İslam adından yalan danışanlara qarşı aksiya başladıldı

11.01.2015 - 11:46

“Yer üzündə fitnə-fəsad törədənlərə gəlincə, lənət onlar üçündür”

Azərbaycan ictimaiyyəti sosial mediada
İslam dini adından yalan danışanlara qarşı aksiyaya başlayıb. ANS
PRESS-in məlumatına görə, sosial aksiya “İslam dünyası müqəddəs
kitabımız Qurana qarşı yalan uydurub söyləyənləri ləğv etmədən və Quranı
anlamadan irəliləyə bilməz” şüarı altında təşkil edilib. 
İslam
dini altında dünyada törədilən terrorlara və İslamafobiyanın vüsət
almasına qarşı çıxan səhifə “İslam adından yalan söylədilər” adlanır
(https://www.facebook.com/islamAdinaYalanSoyledilerazerbaycan). 
Səhifədə
bir çox məqamlara Quran surələri və ayələri ilə aydınlıq gətirilir.
Terrorun İslamda pislənməsi Quranın ərəbcə Rad, azərbaycanca Göy
gurultusu adlanan 13-cü surəsinin 25 ayəsində belə əks olunub: Yer
üzündə fitnə-fəsad törədənlərə gəlincə, lənət onlar üçündür. 
Bəli,
İslam dini sevgini, mərhəməti, sülhü əmr edir. Terror isə dinimizə
ziddir; mərhəmətsizdir, qan tökmək, öldürmək, acı çəkdirmək istəyir. Bu
səbəbdən bir terror hərəkətinə mənbə axtararkən, qaynağı dindarlıqda
deyil, dinsizlikdə axtarmaq lazımdır. Hadisənin mənşəyini, faşist,
kommunist, irqçi, materialist düşüncədəki insanlarda axtarmaq lazımdır. 
Terroristlərin
hansı adı daşıdığı, şəxsiyyətlərində nə yazdığı əhəmiyyətli deyil. Bir
adam günahsız insanları göz qırpmadan öldürürsə, dindar deyil,
dinsizdir. Allahdan qorxmayan, tək məqsədi qan tökmək və acı çəkdirmək
olan bir canidir.
Bu səbəblə, “İslami terror”
öz içində ziddiyyətli və son dərəcə səhv bir anlayışdır. Çünki İslam
dinində heç bir şəkildə terrora yer yoxdur. Əksinə, İslama görə “terror”
olaraq adlandırdığımız hərəkətlər, yəni günahsız insanlara qarşı
işlənən cinayətlər böyük bir günahdır və müsəlmanlar bu hərəkətlərə mane
olmalı, yer üzünə sülh, dinclik və ədalət gətirməklə məsuldurlar.
Qeyd
edək ki, əhalisinin əsasən müsəlmanlar təşkil etməsinə baxmayaraq
tolerant ölkə kimi tanınan Azərbaycan və azərbaycanlılar İslamafobiyanın
vüsət almasından çox narahatdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=15196

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728