Göygöldə ölən və öldürən şəxsin kimliyi məlum olub

11.01.2015 - 11:51

Göygöldə ölən və öldürən şəxsin kimliyi məlum olub.
Trend
Kəpəz TV-yə istinadən xəbər verir ki, Göygöl rayon prokurorluğundan
verilən məlumata görə, ötən gün axşam saat 20:00 radələrində
bıçaqlanaraq qətlə yetirilən şəxsin adı məlum olub. 
Müəyyən
edilib ki, bu Gəncə sakini 22 yaşlı Ülvi Əliyevdir. Aparılan
araşdrımalar zamanı Ülvi Əliyevin həmyerlisi 22 yaşlı Turqut Məmmədov
tərəfindən bıçaqlandığı məlum olub. Keçirilən əməliyyat-axtarış
tədbirləri nəticəsində Turqut Məmmədov saxlanılıb.
Qeyd
edək ki, ötən gün axşam saat 20:00 radələrində Göygöl rayonunun
Qızılqaya qəsəbəsi ərazisində üzərində bıçaq zərbələri 20-25 yaşlı gənc
oğlan yaralı vəziyyətdə tapılıb. O, xəstəxanaya çatırılarkən yolda
dünyasını dəyişib.
Faktla bağlı Göygöl rayon prokurouluğunda cinayət işi başlanılıb. İstintaq aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=15197

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728