Azərbaycanda MDB-də ilkə imza atdı
“MDB-də birinci ölkəyik ki, ən müasir “Boeing-787″ Dreamliner təyyarəsi, iki sərnişin təyyarəsi gətirdik”
birinci ölkədir ki, ən müasir “Boeing-787″ Dreamliner təyyarəsi, iki
sərnişin təyyarəsi gətirilib”. ANS PRESS-in məlumatına görə, bu barədə
Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan
prezidenti İlham Əliyev deyib.
Əliyev keçən il nəqliyyatla bağlı işlərin uğurla icra edildiyni
bildirib: “Ələtdə yeni dəniz ticarət limanının tikintisi bu il də davam
etdiriləcək. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi artıq başa çatır.
İndi artıq sınaqlar keçirilir. Azərbaycan tərəfindən bütün işlər demək
olar ki, görülüb. Ümid edirəm ki, bütün başqa sahələrdə
tikinti-quraşdırma işləri bu il başa çatacaq və biz bu layihənin
açılışını qeyd edəcəyik.
layihə ətrafında danışıqlar, müzakirələr gedirdi. Ancaq Azərbaycan həm
öz vəsaitini, həm də iradəsini ortaya qoyduqdan sonra bu layihə artıq
reallaşmağa başlayıb”.
nəqliyyatla bağlı digər layihələrin də icra edildiyini vurğulayıb:
“Ökəmizə yeni təyyarələr gətirilir. MDB məkanında Azərbaycan birinci
ölkədir ki, ən müasir “Boeing-787″ Dreamliner təyyarəsi, iki sərnişin
təyyarəsi gətirilib. Bundan əvvəlki dövrdə müasir təyyarələr alınıb.
Yeni marşrutlar müəyyən edilir. Hava nəqliyyatı hər bir ölkə üçün
önəmlidir. Azərbaycan bu sahədə həm yük, həm sərnişin daşımaları ilə
artıq bir regional mərkəzə çevrilib. Biz bu rolumuzu daha da
gücləndirməliyik. Bizim coğrafi vəziyyətimiz güclü nəqliyyat
infrastrukturu ilə də təmin edilməlidir. Dəniz ticarət limanının
tikintisi, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası bir-biri ilə sıx bağlı
olan məsələlərdir. Biz bu dəhlizləri gücləndiririk. Şimal-Cənub,
Şərq-Qərb dəhlizləri – onlar Azərbaycan üzərindən keçir. Azərbaycanda
yaradılan və yaradılacaq nəqliyyat infrastrukturu həm ölkəmizə, həm də
qonşulara xidmət göstərəcək”.
ilə bağlı işlər görülür, islahatlar aparılır, yeni gəmilər alınır və ən
önəmli hal ondan ibarətdir ki, Azərbaycanda gəmiqayırma zavodunda artıq
gəmilər istehsal olunur. Həm neft-qaz əməliyyatları üçün sifarişlər
verilib, həm də hərbi məqsədlər üçün gəmilər tikiləcək. Eyni zamanda,
bizim bütün digər gəmilər – tankerlər, yük gəmiləri Bakıda istehsal
olunacaq. Bu da sənayeləşmə siyasətimizin bir nəticəsidir. Vaxtilə
gəmiqayırma zavodunun tikintisi barədə qəbul olunmuş qərar artıq özünü
doğrultdu. Çünki biz görürdük ki, gəmilərin – tankerlərin, yük, servis
gəmilərinin hamısı xaricdən alınır. Ancaq bizdə daxildə tələbat var. Biz
gərək öz donanmamızı yeniləşdirək. Eyni zamanda, böyük neft-qaz
əməliyyatları aparılır və aparılacaq. “Şahdəniz”lə bağlı yeni gəmilərə
ehtiyac var. Ona görə, qısa müddət ərzində gəmiqayırma zavodunun
tikintisi çox önəmli addım idi və bu zavod bütün Xəzəryanı ölkələrə
xidmət göstərə bilər. Mən Xəzər Sammitində öz həmkarlarımla söhbət
əsnasında söyləmişdim ki, artıq belə zavod var və siz də bundan
faydalana bilərsiniz, sifarişləri verə bilərsiniz. Ümumiyyətlə, biz
Xəzər hövzəsində bu istiqamətdə daha da sıx əməkdaşlıq edə bilərik.
Əgər, misal üçün, Bakıda belə müasir zavod varsa, inanmıram ki, başqa
yerdə belə zavodun tikintisinə ehtiyac olsun. Yəni, burada da
kooperasiya işləri düzgün aparılmalıdır. Azərbaycan da öz sözünü deyir”,
deyə prezident İlham Əliyev sözlərinə əlavə edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=15199