Məşhur dissident öldü
Məşhur sovet dissidenti Vazif Meylanov vəfat edib.
verir ki, siyasi məhbus, ictimai xadim, filosof və riyaziyyatçı Meylanov
Mahaçqalada şənbədən bazara keçən gecə ölüb.
1940-cı ildə doğulub. Dağıstan Dövlət Politexnik İnstitutunda dərs
deyərkən fəlsəfi-siyasi “Sovet qəzetlərinin kənarlarındakı qeydlər”
işini yazıb. Bu yazını o, kommunizm nəzəriyyəsinə həsr edib, söz və
mətbuat azadlığına tərəfkeşlik edib, RSFSR-in CM-nin 70 və 190-1-ci
maddələrinin ləğvini istəyib.
25-də Meynalov Mahaçqaladakı Lenin meydanına “A.Saxarovun hökumət
tərəfindən təqibinə etiraz edirəm. İdeyalara qarşı milis yox, ideya
çıxarmaq lazımdır. Xalqa saxarovlar lazımdır – onlar dövlətin
hərəkətlərinə qeyri-formal, əsl nəzarəti həyata keçirirlər. Bu ölkənin
bütün dərdləri söz azadlığının olmamasından irəli gəlir. Kommunizmin
ideya opponentləri üçün söz azadlığına görə mübarizə aparın – bu da
olsun sizin söz azadlığınız!” plakatı ilə çıxdığına görə həbs edilib.
il dekabrın 2-də Meylanovu DASSR-in Ali Məhkəməsi 3 hərəkətə görə
təqsirli bilir: “Sovet qəzetlərinin kənarlarındakı qeydlər” işini
yazılması və yayılması, meydana plakatla çıxmaq, İvan Buninin “Lənətli
günlər”, Vladislav Xodaseviçin “Nekropol”, Dmitri Paninin “Soloqdinin
həyatı” kitablarının yayılması. Ona sərt rejimli lagerdə 7 il həbs, 2 il
sürgün cəzası kəsirlər.
“Pələng kimi görünür” (1972), “Sovet qəzetlərinin kənarlarındakı
qeydlər” (1977), “Məhkəmə işlərinin protokollarına qeydlər” (1980),
“Tərksilah və cinayət məcəllələri” (1977), “Kommunistlərlə danışıram”
(1983), “Gəzəyənin qeydləri” (1988), “Çeçen böhranının analizi” (1998),
“Rusiya demokratiyasının yalançı stereotipləri” (1998), “Rusiyada fərdi
siyasi fəaliyyət təcrübəsi” (2003), “Rus düşüncəsinin yalançı sabitləri.
Rusiyada vətəndaşların dövləti udduqları məhkəmə qərarları niyə icra
olunmur” (2006) kitablarının müəllifidir.
Short URL: http://www.cumhuriyyet.net/?p=15203