“Terror Avropanı birləşdirəcək”
Avropaya meydan oxunması onu birləşdirə bilər.
Axar.az
RİA Novosti-yə istinadla bildirir ki, bu fikirləri “Eurasia Group”un
yaradıcısı və prezidenti, siyasi elmlər üzrə professor, siyasi risklər
üzrə ekspert Yan Bremmer özünün Tvitter səhifəsində yazıb.
“Bəzən
Avropada birliyə nail olmaq üçün böhran lazım olur”, – Yan Bremmer
Almaniya kansleri Angela Merkel və Fransa Prezidenti Fransua Ollandın
Parisdəki terakt qurbanlarının xatirəsinə həsr edilmiş yürüşdən əvvəl
görüşərkən çəkilmiş şəkli illüstrasiya edərək yazır.
Qeyd
edək ki, Angela Merkel və Fransua Olland Parisdəki terakt qurbanlarının
xatirəsinə həsr edilmiş yürüşdən əvvəl qısa görüş keçiriblər. Yürüşdə
Fransa rəhbərliyi və onlarla xarici ölkənin dövlət və hökumət başçıları
iştirak ediblər.
Short URL: http://www.cumhuriyyet.net/?p=15205