Azərbaycanlı yazıçı vəfat etdi
2014-cü il
yanvarın 11-nə kecən gecə, saat 01:40-da Haaqa səhərində, Azərbaycan və
Holland xalqlarının sevimli yazıçısı Gülşən Lətif qizi Kazımova-Atəş
vəfat etdi.
xəbər verir ki, həyat uğrunda son dəqiqəyəcən ölümlə mərdliklə
ölüm-dirim mübarizəsi aparan, lakin bir dəqiqə də belə olsa, iradəsini
və yumor hissini itirməyən, güclü şəxsiyyəti və iradəsi ilə bütün
həkimlərin və xəstəxana işcilərinin rəğbətini qazanan Gülşən xanımın son
anında onun sevimli oğlu, həyat yoldaşı, ailə üzvləri və iki ən yaxın
rəfiqəsi yaninda olub.
dini adət-ənənəyə əsasən, hazır olduqdan sonra, Gülşən xanımın doğma
səhəri olan Bakıya aparılacaq. Dəfn mərasimi həmin səhərdə baş tutacaq.
Mərhumla vidalaşmaq istəyən yaxinlara bazar ertəsi günü vida yeri barədə
əlave məlumat veriləcək.
Lətif 20 ildən yuxarı Avropanın Niderland Krallığında
yaşayıb-yaratmışdır. O, holland ictiamiyyətində və mətbuatında dəyərli
yer tutub, Azərbaycan həqiqətlərinin Avropaya catdırılmasi üçün, sözün
əsl mənasında, var qüvvəsini verib. Hollandiyada “AnaVətən” adlı qadın
təskilatının təsisçisi və rəhbəri olub, insan hüquqları müdafiəsi üzrə
böyük işlər aparıb.
qızlari” adlı romanı 2009-cu ildə Rusiyada kecirilən Beynəlxalq
Ədəbiyyat Müsabiqəsinin qalibi adına layiq gorülüb. Onun “Azeraida
adası” romanı, son beş ildə ən çox oxunan kitablar siyasına daxil olub.
Lətif qizi Kazımova-Atəş Azərbaycan xalqının ən mərd və mübariz
qadinlarından, öz rəhbərlik və təşkilaçılıq keyfiyyətlerinə görə isə,
Hollandiyada ən unudulmaz şəxsiyyətlərdən biri olub. Onun yeri
Azərbaycan icmasinda və Azərbaycan diaspora təskilatları arasında həmişə
görünəcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=15206