Binədə məhbus yaxınları aksiya keçirib- Polislər vasitəçilik edib
qarşı amansız davranışlara etiraz etdiklərini bildirirlər. Yanvarın
10-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Binə qəsəbəsində yerləşən
vərəm dispansei və Bakıda prezident aparatı qarşısında etiraz edən
məhbus yaxınları, yanvarın 11-də yenidən “tubzona” kimi tanınan vərəm
dispanserinin qarşısına toplaşıblar.
Etiraz edənlərdən biri Anar Quliyev Azadliq Radiosuna deyib ki, dünənki
aksiya sakit keçsə də bu gün tələbləri eşitmək istəməyən dispanser
rəhbərliyi əraziyə polis çağırıb.
“Polislər tökülüşüb gəldi və dedilər ki, müəssisədən DİN-in 102
xidmətinə zəng edib, deyiblər ki, guya müəssisənin qarşına vəhhabilər
toplaşıb, təxribat törətmək istəyirlər. Polislər gördü ki, biz vəhabi
deyilik və sivil şəkildə aksiya keçiririk”
Anar Quliyev deyib ki, polislərin rəisi müəssisə rəhbərliyə ilə danışandan sonra vəziyyət dəyişdi.
“Müəssisə əməkdaşları bizə dedilər ki, bu gün yaxınlarımıza sovqat verək, sabah da görüşə icazə veriləcək” –
deyə Anar Quliyev bildiri və əlavə edib ki, verilən vədin yerinə
yetiriləcəyinə əmin deyil. Onun fikrincə, müəssisə rəhbərliyi onların
dağılışmağı üçün də belə söz verə bilərdi və görüş verilmsə etirazları
davam etdirəcəklər.
Dekabrın 22-də 14 saylı CÇM-də bəzi məhbusların etiraz aksiyası
keçirməsi haqda məlumat yayılmışdı. Bildirlirdi ki, etiraza səbəb 31
yaşlı məhbus Elşad Babayevin karserdə işgəncə ilə öldürülməsidir. Etiraz
edən məhbusların bəziləri karsera salınıb, bir qismi isə vərəm
dipanserinə köçürülüb. Bu dispanseri məhbuslar öz aralarında “işgəncə
müəssisəsi” adlandırır. Elə, məhbusların yaxınları da hesab edir ki,
onları bura köçürməkdə məqsəd işgəncə verməkdir. Yaxınları dispanserə
köçürülən dustaqların sağ-salamat olmalarına əmin olmaq üçün onlarla
görüşmək istəsələr də buna icazə verilmir. Məhbus yaxınları görüşə icazə
almaq üçün aksiya keçirməyə qərar veriblər.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən dekabrın 22-də CÇM-də insident
baş verdiyini təsdiqləsələr də, buna səbəb kimi ölüm hadisəsini yox,
bəzi məhbusların daxili intizam qaydalarını kobudcasına pozmasını
göstərmişdilər.
Daha sonra Penitensiar Xidməti Elşad Babayevin ölümünün prokurorluqda
araşdırıldığı haqda məlumat yayaraq işgəncə faktını təkzib edirdi.
Short URL: http://www.cumhuriyyet.net/?p=15208