Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 20,8 milyonu ötüb

13.08.2020 - 08:46

Dünyada COVID-19 virusuna yoluxanların sayı 20,8 milyon nəfəri ötüb.

Trend pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, dünyada sutka ərzində 8 mindən çox yoluxma halı aşkarlanıb, 846 nəfər həyatını itirib.

Saytın son məlumatına əsasən, hazırda dünya üzrə koronavirus infeksiyasına yoluxanların sayı 20 806 248 nəfərə, ölənlərin sayı isə 747 257 nəfərə çatıb. Eyni zamanda, 13,7 milyondan çox insan COVID-19 xəstəliyindən sağalıb, 6 354 945 xəstənin müalicəsi davam edir.

Xatırladaq ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Ümumdünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyənləşdirib. Martın 11-də koronavirus infeksiyasının yayılması pandemiya elan edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=152140

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930