Mədət Quliyevin Bakı “konslager”indəki işgəncə və rüşvət mexanizmi
Məhbus yaxınlarından şok açıqlamalar…
14 saylı Cəzaçəkmə Müəssisəsindən Vərəmli Məhkumlar üçün Müalicə Müəssisəsində məhbus ölümündən sonra insident yarandığı barədə məlumat vermişdik. Artıq 3 saylı xüsusi müalicə müəssisəsinə göndərilən məhbusların valideynləri hər gün demək olar ki, “Tubzon” və penitensiar xidmətə müraciət edirlər.
Bir neçə gün öncə köçürülən məhkumların ailələri Prezident Administrasiyası önündə aksiya keçiriblər. Əllərində üzərində “Məhbus qohumlarımızla bizə görüşə icazə verin!” “İşgəncələrə son qoyun!” yazılmış lövhələr, məhkumların fotoları olan aksiyaçılar sonradan qəbula gediblər. Amma bu qəbul belə məhbuslarla görüşə imkan yaratmayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=15216