Daha bir diplomatımız haqda şok ittihamlar

12.01.2015 - 02:00

“Azərbaycanın Pakistandakı səfirliyi bu 9 ildə bir dəfə də olsun Lahorda bir tədbir keçirməyib
 
Bir neçə gündür Qırğızıstanda yaşayan diaspor liderlərindən biri Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovla bağlı iddialarla çıxış etmişdi.giley dolu məktub göndərmişdi. N. Məmmədov səfirin orada yaşayan azərbaycanlılara dəstək vermək əvəzinə çirkin işlərlə məşğul olduğunu iddia edərək prezident İlham Əliyevə müraciət etmişdi. 
Bəla burasındadır ki, Azərbaycanın xarici ölkələrdəki bir çox səfirliklərimizdən də bu cür xoşagəlməz halların sorağı gəlir və səfirlərimiz prezident İlham Əliyev tərəfindən qarşılarına qoyulmuş hücum diplomatiyasına keçmək əvəzinə intriqaların qurbanına çevrilirlər. Bəzənsə fəaliyyətləri o qədər də ürəkaçan olmur və həmin ölkələrdəki Azərbaycan diasporunun fəaliyyətini formalaşdırıb gücləndirməkdə acizlik və səriştəsizlik edirlər.
Acınacaqlıdır ki, Azərbaycana dost, qardaş olan bəzi nüfuzlu ölkələrdə də bu cür xoşagəlməz tendensiya müşahidə edilir. Uzağa getməyək. Qardaş Pakistanda yaşayan bir soydaşımızın Moderator.az-a göndərdiyi məktubu oxuyan hər bir oxucuda nə demək istədiyimizlə bağlı dolğun fikir formalaşacaq: “Mən İsayeva Şəhla Rahib qızı 1971-ci ildə Sabirabad şəhərində doğulmuşam. 1990-cı ildə İncəsənət Universtetininə daxil olmuşam. Qeyd edim ki, o vaxt institut idi, sonradan biz oxuyan müddətdə univeristet oldu. Mübariz Qurbanlı, İlham Rəhimli, Qəndab Quliyeva və Həmdə Ömərova kimi müəllimlərim olub, onlardan dərs almışam. Müəyyən səbəblərdən Azərbaycanda ailə həyatım baş tutmadı. Sonra internetdə indiki həyat yoldaşım pakistanlı Anislə tanış oldum. Sonra ailə həyatı qurduq. 
Pakistanlılar çox gözəl millətdirlər. Ailəcanlı və alicənabdırlar. 9 yaşında iki əkiz oğlum var. 3-cü sinifdə oxuyurlar. Artıq 9 ildir ki, Pakistandayam. Səfirlik vasitəsi ilə Azərbaycanlı ailələrlə maraqlandım. Amma bizi tədbirlərə dəvət etmirlər ki, görüşüb danışaq. Nə həmrəylik günü, nə digər əlamətdar təqvim günlərində. Bir sözlə, heç bir proqramlarına dəvət etmirlər bizi. Halbuki məni illərdir tanıyirlar. Ancaq səfirlik əməkdaşlarımızla Türk səfirliyinin tədbirlərində görüşürük. Bu Pakistanda yaşayan bir azərbaycanlı kimi mənim üçün çox ağırdır. Amma türk ailələr çoxdur burda, ünsiyyətimiz və təmaslarımız var. Azərbaycan səfirliyindən fərqli olaraq Türkiyə səfirliyi də bizləri tədbirlərinə dəvət edir.
Burda çox az insan Azərbaycanı tanıyır. Çünki Azərbaycanın Pakistandakı səfirliyi bu 9 ildə bir dəfə də olsun ki, Lahorda bir tədbir keçirməyib. Lahor Kəraçidən sonra Pakistanın ikinci böyük şəhəridir. 20 milyon insanın yaşadığı bu şəhərin 3 min illik tarixi var. Qədim hind mədəniyyətinin izləri var bu şəhərdə. Yoldaşım Pakistanda yüksək vəzifədə çalışır. Azərbaycanlılar və türkləri çox sevir. Fəaliyyətində də mənimlə bərabər Azərbaycanı və Türkiyəni təbliğ edir.   
Pakistan Azərbaycanın strateji müttəfiqidir. Dağlıq Qarabağ münaqişəsinə görə Ermənistanı müstəqil dövlət kimi tanımır. Ermənistanın bu ölkəyə səfir göndərməsini qəbul etmir. Bir haşiyə çıxım. Bu gün siz Google axtarış saytında və vikipediada Ermənistanı axtarsanız, orada da göstərir ki, Pakistan tərəfindən müstəqil ölkə olaraq tanınmır. Bu, Azərbaycan torpaqlarının işğalı ilə bağlıdır. Bütün bunlara baxmayaraq Pakistanda Azərbaycanlıların diaspor təşkilatı yoxdur. Bunu Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi internet saytına baxsanız orada da görərsiniz ki Pakistanın adı yoxdur. Odur ki, Pakistanda bir Azərbaycan diaspor təşkilatı qurmağı düşünürəm və bu istiqamətdə müəyyən işlər də görürük. İnşallah bir təşkilat quracam.
Bildirim ki, Pakistan cəmiyyəti ilə həm oxşar, həm də fərqli cəhətlərimiz çoxdur. Doğrudur, dinimiz bir olsa da coğrafi məkandan qaynaqlanan fərqliliklərimiz də var. Pakistandan Azərbaycan Avropa kimi görünür və sevilir. Bizim də əsas vəzifəmiz odur ki, Azərbaycanı Pakistana, Pakistanı isə Azərbaycana daha yaxından tanıdaq.  (moderator.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=15220

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728