Erməni zabitin qorxusu

12.01.2015 - 12:13

Ermənistan ilə Azərbaycan arasında gərginliyin artması, vəziyyətin
kəskinləşməsi hərbi hərəkətlərin başlamasına gətirib çıxara bilər.

Bunu erməni mətbuatına verdiyi
müsahibəsində ehtiyatda olan mayor, müharibə veteranı Pavel Manukyan
deyib.

O, hakimiyyətin apardığı siyasətin yanlış olduğunu, Azərbaycan ordusunun
qüdrətləndiyini dolayısı ilə etiraf edib: “Bunları mütləq bilmək və
demək lazımdır. Biz indi rəqibimizin gücünü hiss edirik,
təhlükəsizliyini necə möhkəmləndirdiyini görürük. Təxribatlarla,
məqsədsiz cəhdlərlə nə etmək olar ki?! Bəli, biz müharibəni
gözləməliyik, amma, bu, çox təhlükəlidir. Çünki bizim əsgərimiz öz
liderinin səhvini görür, o, ruhi cəhətdən anlaşılmayan vəziyyətə düşür.
Müharibə mümkündür, o deməlidir ki, bu, müharibəni Ermənistan dəqiq
udacaqmı, Azərbaycan dəqiq uduzacaqmı. Bizim müttəfiqimiz olan Rusiya
Azərbaycanı çox yaxşı silahlandırdı, nə lazımdırsa, onunla təmin etdi.”

P.Manukyan öz hakimiyyətlərinə məsləhət görüb ki, könüllülərdən ibarət
olan Ermənistan ordusuna güvənsin. Görünür, erməni zabit hələ qəflət
yuxusundan ayılmayıb. Zaman dəyişib, iqtisadi-siyasi reallıqlar göz
qabağındadır. Sadəcə, “müharibə veteranı”, bu dırnaqarası qəhrəman onu
anlamalıdır ki, kimlərinsə kölgəsinə girib “şücaətlənmək” dövrü keçdi,
müvəqqəti qələbənin əbədi məğlubolma ehtimalı daha çoxdur. Amma
müvəqqəti uğursuzluğun əbədi qələbə ehtimalı daha çoxdur. Odur ki,
növbəti dalğa ermənilər üçün asan başa gəlməyəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=15221

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728