Rusiyada azərbaycanlı öldürüldü

12.01.2015 - 12:18

Rusiyada itkin düşən azərbaycanlının aqibəti bəlli olub. Ötən ilin dekabr
ayının 27-də itkin düşən taksi sürücüsünün öldürüldüyü üzə çıxıb.

48 yaşlı Azərbaycan vətəndaşı olan sürücünü son dəfə dekabrın 27-də
səhər saat 9 radələrində görünüb. O, icarə götürdüyü “Honda Solyari”
markalı maşınla Sevastopol prospektindəki evindən çıxıb.

Yanvarın 3-də isə onun itkin düşməsi barədə taksinin məxsus olduğu şirkət polisə müraciət edib.

Bu günlərdə isə Rijski vağzalında 23 yaşlı Tacikistan və Özbəkistan
vətəndaşları saxlanılıblar. Onlar taksi sürücüsünün itkin düşməsində
əlləri olduğunu etiraf ediblər. Saxlanılan şəxslər dekabrın 30-da
Puçkova qəsəbəsində Azərbaycan vətəndaşının idarə etdiyi maşına müştəri
kimi miniblər. Yolda onun başına travmatik silahla atəş açıb, döyüb və
kəmərlə boğublar. Meyiti isə adıçəkilən qəsəbə yaxınlığında basdırıblar.

Saxlanılanlar yanvar ayının 4-də də eyni şirkətə məxsus başqa maşının sürücüsünü qətlə yetirdiklərini də etiraf ediblər.

Polis sürücülərin ancaq qarət məqsədilə öldürülmədiyini güman edir.
Onların qətlini rəqib şirkətin sifariş verə biləcəyi istisna deyil.

Short URL: http://www.cumhuriyyet.net/?p=15222

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728